Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Valyutadəyişmə məntəqələri açılsın” -Ekspert

“Valyutadəyişmə məntəqələri açılsın” - ekspert

 

Bir çox bankların “qara bazar”la əlaqəsi son nəticədə dolların satışının məhdudlaşdırılmasına gətirib çıxarır

 

 
Xeberinfo.com:  Milli valyutamızın durumu yaxşıya doğru dəyişmir. Mərkəzi Bank kəskin şəkildə ucuzlaşmaya getməsə də, manat hər gün dəyər itirir. Həmçinin banklar iki aydan çoxdur ki, dollar satmırlar. Ekspertlər durumun nə zamana qədər davam edəcəyini proqnozlaşdırmağa çalışırlar.
 
Qeyd edək ki, Mərkəzi Bank manatın yanvarın 10-na rəsmi məzənnəsini açıqlayıb və məlum olub ki, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi yanvarın 9-u ilə müqayisədə dəyişməyərək 1,7742 manat təşkil edib. 
 
Ekspert Qubad İbadoğlu məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, dollar satışındakı problemlər davam edir: “Problem ondan ibarətdir ki, valyuta bazarında banklar istədikləri qədər dollar ala bilmirlər. Ən yaxşı halda, tələbin 5-10 faizi təmin olunur. İkinci problem ondan ibarətdir ki, banklar aldığı dolları açıq şəkildə satışa təqdim etmirlər. Yəni bir çox bankların həm də formalaşmış ”qara bazar"la əlaqəsi son nəticədə dolların satışının məhdudlaşdırılmasına gətirib çıxarır. İndiki halda çox məhdud valyuta ehtiyatları ilə banklar çalışırlar ki, ən zəruri əməliyyatları həyata keçirsinlər, cari tələblərini ödəsinlər. 
Image result for Qubad İbadoğlu
Bəzi banklar da bundan istifadə edir və nəticədə bu vəsaitin bir hissəsi də “qara bazar”lar vasitəsilə gizli iqtisadiyyatın predmetinə çevrilir. Ona görə pul qıtlığı yaranır. Əgər belə davam edəcəksə, bu, “qara bazar”dakı kursla rəsmi kurs arasındakı fərqin artımına gətirib çıxaracaq. İndiki halda düşünürəm ki, bazara başqa alternativlər olmasa təklif olunmasa, yeni nəsə gözləməyə dəymir. Elə belə bir münasibətlər sistemində də biz yaxın zamanlarda valyuta qıtlığından həm istehlakçı olaraq, həm də sahibkar, həm bank, həm digər maliyyə instuitutları olaraq əziyyət çəkəcəyik". 
Image result for Vahid Əhmədov
 
Milli Məclisin deputatı Vahid Əhmədov isə anv.az-a bildirib ki, banklar dollar satmaqdan imtina etsə də, marağında olan hər kəs “qara bazar”dan çox rahatlıqla dollar ala bilir. O bildirib ki, bankların dollar satmaqdan imtina etməsi bir neçə amillə bağlıdır: “Əsas səbəb dövriyyəyə digər valyutaların daxil olmasının qarşısını almaqdır. Məhz bu səbəbdən banklar dollar satışı həyata keçirməkdən imtina edirlər. Amma düşünmürəm ki, bu çıxış yoludur. Onsuz da ”qara bazar"da dollar, o cümlədən digər valyutaları əldə etmək mümkündür". Deputat qeyd edib ki, qarşıdakı aylarda dolların bahalaşması qaçılmazdır: “Bu proses gedir. Bunun qarşısını almaq mümkün deyil. Azərbaycanda idxalın ixracı dəfələrlə üstələməsi, neftin qiymətinin enməsi, dünyada gedən iqtisadi-siyasi proseslər milli valyutanın daha da dəyərdən düşməsinə gətirib çıxaracaq. Amma dollar neçəyə olacaq, manatın taleyi necə olacaq, bu şəkildə proqnozlar vermək düzgün deyil. Bunu zaman göstərəcək”.
Image result for Ekspert Natiq Cəfərli
 
Ekspert Natiq Cəfərli isə qeyd edib ki, banklarda ciddi şəkildə dollar çatışmazlığı var: “Həftədə iki dəfə hərrac keçirilir və hər dəfə cəmi 35-40 milyon dollar vəsait çıxarılır. Ölkənin dollar tələbatı isə bu rəqəmdən qat-qat artıqdır. Banklar dollar əldə etdikdən sonra onu bir neçə istiqamətə yönləndirməyə, xərcləməyə məcburdurlar. Bankların özünün də xarici borcları var və bu borclar əsasən dollarladır. Banklar valyuta ilə olan borclarını qaytarmağa məcburdurlar. ”Qara bazar"a çıxarılan valyutanın əsas mənbəyi də banklardır. Burada bankları qınamaqdansa, vəziyyətin qarşısını almaq lazımdır. Əgər bunun səbəbi Mərkəzi Bankın müəyyən etdiyi 4 faizli marjadırsa, onu ləğv etmək lazımdır ki, banklar sərbəst şəkildə valyutanı alıb-sata bilsin. Bu marjanın artıq heç bir əhəmiyyəti qalmayıb. 
Bu marja valyuta bazarında son zamanlar sadəcə əngəl rolu oynamağa başlayıb. Bu gün dollar qıtlığının yaranması “qara bazar”ın formalaşmasının nəticəsidir. Bu gün yaranan dollar qıtlığının səbəbi məhz banklara qoyulan əlavə baryerlərdir. Bu baryerlər aradan qaldırılmalıdır. Valyutadəyişmə məntəqələri açılmalıdır. Valyutadəyişmə məntəqələrinin ləğv edilməsinin heç bir mənası yox idi və bu qərar ölkəyə heç bir xeyir vermədi. Bundan sonra qara bazara yaxın bir məzənnə ilə sərbəst şəkildə banklarda da alqı-satqı həyata keçiriləcək. Bu da xeyli dərəcədə vəziyyəti sabitləşdirəcək. Yoxsa belə ajiotajlı vəziyyət daha acınacaqlı nəticələrə gətirib çıxara bilər".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam