Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Manatın bahalaşması süni şəkildə aparılır"

 

"Manatın bahalaşması süni şəkildə aparılır"

 

Mərkəzi Bankın rəsmi Dollar/manat məzənnəsi aşağı düşməkdə davam etsə də, banklar dolları eyni sürətdə ucuzlaşdırmırlar, hətta bir sıra banklar bahalaşdırırlar.

Xeberinfo.com:   Oktyabrın 12-13-də rəsmi məzənnə 1,5986 AZN/USD olub. Bu günə isə Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının rəsmi məzənnəsini 1,5970 AZN/USD səviyyəsində müəyyən edib. Bank Respublika, Rabitəbank, Turanbank və Amrahbank dünən ilə müqayisədə dolların qiymətini qaldırıblar:

Məsələyə aydınlıq gətirən ekspert Əkrəm Həsənov Qaynarinfo.Az-a açıqlamasında bildirdi ki, manatın son günlər bahalaşmasının süni şəkildə aparılması banklara məlumdur:

"Hamıya və o cümlədən, banklara da məlumdur ki, manatın son günlər bahalaşması süni şəkildədir. Mərkəzi  Bank aprel, may aylarında olduğu kimi manat kütləsini sıxıb, yəni dövriyyədə manat azalıb və nəticədə dollar almaq üçün imkanlar azalıb. Məhz buna görə də manatın qiymətini bu şəkildə qaldırmaq olur. Banklarda ilin sonuna qədər gözlənti var ki, dolların qiyməti yenidən qalxacaq. Bu həm dövlət büdcəsi ilə bağldır, həm də ilin sonunda sahibkarların və bankların dollarla xərcləri artacaq. Çünki borclarını bağlamalıdırlar. Mərkəzi Bank məcbur olacaq ki, ilin sonuna banklara manat kreditləri versin. Bununla da, manat kütləsi artacaq. Buna görə də, banklardan dolların ucuzlaşmasını gözləmək olmaz". 

Ekspertin sözlərinə görə, Amerikanın Federal Ehtiyat Sistemi dollar kreditləri üzrə faizləri qaldıracaq: "Və bud a dolların qiymətinin bahalaşmasına səbəb olacaq. Amma yuxarıda dediyimiz banklarda hansısa səbəbdən dollar tələbatı artıb. Yəni ola bilər ki, öz borclarını bağlayırlar".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam