Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Günün xəbəri

Rusiya və Avropa İttifaqı razılığa gəldi

Rusiya və Avropa İttifaqı (Aİ) Ukraynaya təbii qaz nəqlinə dair üçtərəfli görüş keçirmək barədə razılığa gəliblər.

Xeberinfo.com:  Bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak Moskvada Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə keçirdiyi görüşdən sonra deyib.

Aleksandr Novak bildirib ki, Rusiya-Aİ və Ukrayna arasında dekabr ayında qaz tədarükü ilə bağlı üçtərəfli görüş keçirilməsi üzrə razılıq əldə olunub.

Qış mövsümü üçün Rusiyadan Ukraynaya təbii qazın tərəflər arasındakı mövcud olan saziş əsasında göndəriləcəyini deyən nazir Ukraynadan lazımi ödənişlər alındıqdan sonra yenidən qaz nəqlinin həyata keçiriləcəyini bildirib.

Maroş Şevçoviç isə Ukraynanın qaz idxalı üçün Dünya Bankından 500 milyon dollarlıq kredit alınması məsələsində son mərhələyə gəlindiyini deyib.

Qeyd edək ki, Avropa təbii qaza olan tələbatının təxminən 15 faizini Ukrayna üzərindən gələn kəmərlərlə təmin edir


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam