Redaktor seçimi
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Günün xəbəri

"Banklar manatı baha satmağa razılaşıb"

Mərkəzi Bankın hərracları: banklar manatı baha satmağa razılaşıb

 

Ekspertlər isə bu yolla da manatı saxlamağın mümkün olmadığını bildirirlər 

 

Xeberinfo.com:  Mərkəzi Bank son aylarda ciddi və davamlı şəkildə depozit hərracları keçirir. Əksər hallarda hərracda lazımi qədər vəsait yığa bilmyən Mərkəzi Bank artıq buna nail olur. Son hərracda 50 milyon manatın cəlb edilməsi nəzərdə tutulsa da, tələb 52 milyon manat təşkil edib. Hərrac nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,98 faiz olub. 
O da bildirilir ki, 2016-cı ilin iyun ayından etibarən Mərkəzi Bank likvidliyin sterilizasiyası məqsədilə milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə depozit hərraclarının keçirilməsinə başlayıb. Məqsədlərdən biri dollarlaşma səviyyəsinin azaldılmasıdır. Banklardakı izafi manat əlavə dollar alışlarına təkan verə biləcəyindən, Mərkəzi Bank həmin manat kütləsini yüksək faiz ödəyərək cəlb edir. 
Ekspertlər isə musavat.com-a bildiriblər ki, Mərkəzi Bank bununla da manatın ucuzlaşmasının qarşısını ala bilməyəcək. 
Ekspert Əkrəm Həsənov musavat.com-a açqılamasında bildirib ki, banklar yüksək faizlə manatın satılmasına razılaşıblar: “Banklara hər bir halda müəyyən qədər manat ehtiyatı lazımdır. Müştəri ödənişləri, əmanətlərin qaytarılması, cari inzibati xərclər üçün manat lazımdır. Xüsusən də ilin sonuna ödənişlər artır. Yəni pulun hamısını dollarda saxlamaq da olmur. Amma dəyərdən düşən manatı elə-belə saxlamaq banklara əlverişli deyil. Odur ki, bir hissəsini Mərkəzi Bankda depozitdə saxlayıb, faiz gəliri qazanmağı seçirlər. Buna görə də son depozit hərracında Mərkəzi Bank 14,98 illik faizlə planlaşdırdığı qədər depozit cəlb edib. Fikir verin, Mərkəzi Bankın minimal dərəcəsi 12,01 faizdir. Amma ancaq ən yüksək faizlə cəlb edə bilib. Yəni bankların şərti yüksək faiz olub”. 
Ekspertin sözlərinə görə, hər bir halda bunun manatın davam edən devalvasiyasına ciddi təsiri olmayacaq: “Çünki digər tərəfdən, Mərkəzi Bank pul kütləsini artırır. Artan kütlə fonunda bu depozitlər cüzi məbləğdir”.
Ekspert Natiq Cəfərli isə musavat.com-a bildirib ki, Mərkəzi Bank çoxdan bu addımı atır, ancaq nəticəsizdir: “Amma son aylarda görürük ki, bunun bazara heç bir ciddi təsiri yoxdur. Manatın ucuzlaşması prosesi davamlı şəkildə gedir. Cəlb edilən vəsait də o qədər də böyük məbləğ deyil. Hər hərracda ortalama 45-50 milyon manat civarında vəsait cəlb olunur. Bu, o qədər də böyük bir məbləğ deyil. Bu yolla da manat kütləsinin azaldılması o qədər də effekt vermir. Ona qalsa, Mərkəzi Bank ötən ilin müvafiq dövrünə nisbətən təqribən üç dəfəyə yaxın nağd manat kütləsinin azalmasına nail olub. Kifayət qədər manat kütləsini azaldıb ki, dollara, valyutaya obrazlı desək, qatışıqlar azalsın. Amma bunun da ciddi təsiri olmadı. Hətta əks təsiri oldu. Manatın dövriyyəsinin azalması iqtisadi aktivliyə, ticarət dövriyyəsinə mənfi təsir göstərdi. İş yerlərinin bağlanmasına, insanların gəlirlərinin azalmasına səbəb oldu. Yəni Mərkəzi Bank bu alətdən istifadə edə bilır. Düşünürəm ki, gələcəkdə də istifadə edəcək. Amma bunun gələcəkdə effekt verməcəyəyi artıq indidən görünür. Son bir ayda çox israrla bu alətdən istifadə edir. Bu isə milli valyutanın dəyərdən düşməsinin qarşısını ala bilmir”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam