Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

AMB ilk depozit hərracında 129 mln. manat vəsait cəlb edib

bank-dollar-manat

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş ilk hərracın nəticələrinə görə, cəlb edilmiş depozitlərin həcmi 129 mln. manat edib.

Xeberinfo.com:   “Report”un AMB-yə istinadən verdiyi xəbərə görə, ortaölçülmüş faiz dərəcəsi illik 6,49% olub.

“Depozit əməliyyatları pul bazarının inkişafını və beləliklə, pul siyasəti üzrə əməliyyat çərçivəsinin təkmilləşməsinin təşviqinə yönəlib”, – deyə Bankdan bildirilib.
Qeyd edək ki, depozit hərracının müddəti 1 aydır.
AMB-nin ilkin anonsuna əsasan, ümumilikdə 150 mln. manatın cəlb edilməsi planlaşdırılırdı, faiz dərəcəsinin isə 4,01-6,99% arasında olacağı gözlənilirdi. Lakin faktiki olaraq AMB cəlb etməyə planlaşdırdığı vəsaitin 86%-i həcmində resurs cəlb edə bilib.
“Müşahidə edilən makroiqtisadi prosesləri, pul siyasəti üzrə hədəfləri, habelə bank sektorunun likvidlik mövqeyini nəzərə alaraq Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə hərraclar çərçivəsində depozit əməliyyatlarının aparılmasına başlanması qərara alınıb. AMB bundan sonra da pul siyasəti alətlərinin modernizasiyası istiqamətində fəaliyyətini davam etdirəcək və pul siyasəti alətlərindən makroiqtisadi vəziyyətə adekvat olaraq istifadə edəcək”, – deyə AMB-dən bildirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam