Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

İpoteka üçün borc 3%-lə alınacaq

sifir_faiz-640x360

“Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) yeni istiqraz emissiyasının parametrləri açıqlanıb.

Xeberinfo.com:   Bu barədə AİF-dən bildirilib.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının qeydə aldığı yeni emissiyanın prospektinə əsasən, dövriyyəyə hər birinin nominal dəyəri 1 000 manat olan 50 min ədəd sənədsiz, faizli, təmin edilmiş ipoteka istiqrazlarının buraxılması nəzərdə tutulub.

Məlumata görə, qiymətli kağızlar 3 600 gün (təxminən 10 il) müddətində dövriyyədə olacaq. Onların illik gəlirliliyi 3% təşkil edəcək. Faizlər 180 gündən bir ödəniləcək. Yerləşdirmənin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

“Milli valyuta ilə illik 3% gəlirlilik mövcud şəraitdə aşağı olsa da, düşünürük ki, istiqrazları rahatlıqla realizə etmək mümkün olacaq. Əvvəlki illərdə olduğu kimi hüquqi şəxslər – kommersiya bankları və sığorta şirkətləri onları alacaqlar. Bununla belə, fiziki şəxslərin də bu qiymətli kağızları əldə etməsinə heç bir məhdudiyyət olmayacaq “, – deyə Fonddan qeyd edilib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam