Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Banklar dördüncü aydır ipoteka krediti vermirlər

ipoteka2016-cı ilin yanvar-avqust aylarında Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitlərindən ipoteka kreditləşməsinin həcmi 1,1 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin müvafiq dövrünün göstəricisindən 65,3 dəfə azdır.

Xeberinfo.com:   Bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.

Bununla belə, may-iyul aylarında olduğu kimi, avqust ayında da AİF-in agent bankları tərəfindən ipoteka kreditləri verilməyib.

AMB-nin məlumatına əsasən, yanvar-avqust aylarında AİF 30,8 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib (azalma 47,5%).

Yanvar-avqust aylarında fond sosial ipotekanın verilməsi üçün dövlət büdcəsindən 32,4 mln. manat alıb.

Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.

Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.

Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 50 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil.

2015-ci ildə AİF-in agent bankları 97,2 mln. manat məbləğində ipoteka krediti veriblər. (İnterfaks-Azərbaycan)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam