Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Azərbaycanda yaxın 2 ildə iqtisadi artım olmayacaq”

"Məzənnənin sabitliyi uğurlu iqtisadi siyasətin göstəricisi ola bilməz. Çünki məzənnə iqtisadiyatda baş verən proseslərə, şoklara adekvat reaksiya verməlidir".

Xeberinfo.com:   Bunu Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı Hans Timmer deyib.

H.Timmer, ümumiyyətlə, məəzənnənin sabitləşdirilməsi siyasətinin yürüdülməsinin doğru olmadığını deyib: "Hazırda Azərbaycanda 3%-lik iqtisadi geriləmə var. İnfliyasiya ikirəqəmli səviyyədədir. Növbəti iki ildə də bu, 3% səviyyəsində olacaq. Bu, o deməkdir ki, qarşıdakı 3 ildə 0 iqtisadi artım olacaq".

DB rəsmiləri qeyd edib ki, Azərbaycanda iqtisadi resessiya mövcuddur: "Biz Azərbaycanda pul siyasətinə baxmağı tövsiyə edirik. Həmçinin, maliyyə sektoru sabitləşdirilməlidir. Neftin qiymətində olan azalma bank sektoruna mənfi təsir edir. Bankların restrukzasiyasına ehtiyac var. Problemli kreditlər artıb. Orta və uzunmüddətli tədbirlər görülməlidir".

"Qarşıdakı 3 ildə ehtiyaclı insanlara sosial yardımlar ayrılmalıdır", - deyən H.Timmerin sözlərinə görə, bu yardımlar həmin qrup insanların son illər baş verən proseslərdən az əziyyət çəkməsi üçün edilməlidir. "Azərbaycanda rəqabətlilik mühiti əhəmiyyətli dərəcədə geriləyib. Məhz rəqabət qabiliyyətinin artırılmasına ehtiyac var", - deyə DB eksperti vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam