Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Vahid Ələkbərovun bankında nələr baş verir?

nikoilbank

“Nikoyl Bank”da işçilər ixtisar edilir, bonuslar kəslir, maaşlardan tutulur, filial müdiri xəstəxanalıq olub

Maliyyə Bazarlarına Nəzarət Palatası bankda baş verənlərə niyə müdaxilə etmir?

Xeberinfo.com:  “Nikoyl” İnvestisiya Kommersiya Bankı” ASC-də gərginlik davam edir. Azadlıq.info-da bu bankda yeni rəhbərliyin 100-dən artıq əməkdaşı ixtisara salması, işini itirmək istəməyənlərə qarşı qanuna zidd yollarla təzyiqlər edlməsi barədə məlumat verilmişdi. Saytı bilgiləndirən mənbənin sözlərinə görə, bankın idarə heyəti sədrinin müavini Fərhad Hacınski və onun “sağ əli” Elnur Vəliyevin qanunsuz əməlləri pik həddə çatıb. Belə ki, filial müdirlərinə və departament rəhbərlərinə təzyiq göstərilərək zorla işdən getməsi barədə əzrizə yazmaq tələb olunur. Eyni zamanda filial müdirlərinin bonusları bankın qaydalarına zidd olaraq kəsilib. Onlara nəzərdə tutulan məbləğin cəmi 25-30 faizi ödənib. Buna etiraz edən bank işçilərinə isə Elnur Vəliyev qapını göstərib. Xəbərdə daha sonra qeyd olunur ki, təzyiqlərlə üzləşən Sumqayıt filialının rəhbərinın səhhəti pisləşib və o hazırda xəstəxanada müalicə olunur. Mənbənin məlumatına görə, bankda çalışan bütün işçilərin maaşlarının 1 faizi tutulur. Buna səbəb kimi həmin vəsaitin həmkarlar təşkilatına ödəndiyi bildirilir. Amma mənbə bildirir ki, “Nikoyl Bank”da həmkarlar təşkilatı mövcud deyil. Saytı bilgiləndirən mənbə daha sonra qeyd edib ki, işdən çıxarılan əməkdaşların yerinə əsasən bu yaxınlarda fəaliyyəti dayandırılan “Zaminbank” və “Bank Standard”ın əməkdaşları götürülür. Bu bankda iş tapanların əksəriyyəti bir il və daha çox işsiz qalanlardır. Amma onlar haqqında heç bir araşıdrma aparılmır, peşəkarlıq səviyyələri, əvvəlki fəaliyyətləri yoxalanılmır ki, bu da bankın təhlükəsizliyi üçün ciddi təhdid mənbəyi sayıla bilər.

Təzyiqə məruz qalan əməkdaşlar təəssüflənir ki, hazırda təlatümlü dövrünü yaşayan bank sektorunun əsas oyunçularından biri olan “Nikoyl Bank” da baş verənlər Maliyyə Bazarlarına Nəzarət Palatasının, eyni zamanda bank səhmdarlarının diqqətindən kənardadır. Kütələvi ixtisarların aparılması işçilərin hüquqularının pozulması ilə yanaşı hökumətin sosial müdafiə qurumlarını da çətin vəziyyətdə qoyur. Xatırladaq ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mətbuata açqılamasında bank sektorunda ixtisara düşən 3 minə yaxın işçiyə müavinət ödənməsində çətinliklər yarandığını bildirmişdi. Nazirin sözlərinə görə, bank sektorunda kifayət qədər yüksək əmək haqqı alan əməkdaşlara ödəməyə vəsait çatışmır. Hökumətin bu məqsəd üçün ayırdığı 15 milyon manat artıq tükənib və növbəti aylarda müavinətləri ödəmək üçün yeni mənbələr lazımdır. Bunu həyata keçirmək isə nazirliyin imkanları daxilində deyil. Mənbə qeyd edir ki, “Nikoyl Bank”ın yeni rəhbərliyinə daxil olan F. Hacınski və onun “sağ əli” Elnur Vəliyev normal fəaliyyət qabiliyyətini qoruyub saxlamağa nail olmuş bankda süni ajiotaj yaratmaqla həm bankın özünü, həm işçiləri, həm də dövlət qurumlarını çətin vəziyyətdə qoyur. “Ümid edirik ki, tezliklə bankda yaranan xoşagəlməz duruma müdaxilə olunacaq və vəziyyət normallaşacaq. Əks halda, təzyiqə məruz qalan işçilər hüquqlarını qorumaq üçün bütün qanuni vasitəlrədən istifadə edəcəklər”-deyə mnəbə vurğulayıb. Xatırladaq ki, “Nikoyl” İnvestisiya Kommersiya Bankı” ASC-nin əsas səhmdarları “Topaz İnvestments” QSC – 91.84 faiz, “NİKOYL” QSC – 7.97 faiz, “ISR Holding” MMC – 0.19 fazi payla təmsil olunur. Bankın əsas səhmdarının Rusiyada yaşayan azərbaycanlı milyarder Vahid Ələkbərova məxsus olduğu bildirilir.

Məsələ ilə bağlı bankın rəhbərliyinin mövqeyini də dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam