Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Beynəlxalq Bankı filiallarını bağlayır

beynel-bankAzərbaycan Beynəlxalq Bankının (ABB) yeni elektron şöbəsi Bankın filialların saxlanmasına çəkdiyi xərcləri azaldacaq.

Xeberinfo.com:  Bunu ABB-nin İdarə Heyətinin sədr müavini Elmir Həbibullayev deyib.

“Hazırda bu şöbə ilə filiallarda göstərilən xidmətlərin 90%-ni əhatə etmək mümkündür. Düşünürəm ki, elektron şöbələrin sayını artırmaqla biz filialların saxlanılması kimi inzibati xərclərə qənaət etmiş olacağıq”, – deyə o, qeyd edib.

Bank rəsmisinin sözlərinə görə, gələcəkdə ABB-nin bəzi filial və şöbələrinin elektron şöbələrlə əvəz edilməsi nəzərdə tutulur: “Elə filial və şöbələr var ki, onların saxlanma xərcləri çoxdur. Buna görə də planımızda var ki, belə filial və şöbələri elektron şöbələrlə əvəz edək. Təbii ki, bu, bütün filial və şöbələrə aid deyil”.

E.Həbibullayev təmsil etdiyi maliyyə qurumunun müştərilərinin sayını da açıqlayıb və bu rəqəmin 2 mln.-a çatdığını bildirib. (Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam