Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Evlərin qiyməti qalxmağa başladı

Bakıda evlərin qiyməti qalxmağa başladı

 

 

Bakıda ilkin daşınmaz əmlak bazarında qiymətlər avqust ayındakı qiymətlərlə müqayisədə dollar ekvivalentində 4,43 faiz artıb.
Xeberinfo.com:   Bu barədə Trend-ə "MBA Group" şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.
Ekspert bildirib ki, manatla ifadədə isə artım 2,76 faiz təşkil edib.
O əlavə edib ki, həmçinin təkrar daşınmaz əmlak bazarında qiymətlərdə artım müşahidə olunub: "Ötən ay avqust ayı ilə müqayisədə dollar ekvivalentində artım 3,77 faiz, manatla ifadədə isə 2,11 faiz olub".
Ekspert qeyd edib ki, buna baxmayaraq, daşınmaz əmlakın digər seqmentlərində qiymətlərin ucuzlaşması hələ davam edir:
"Kommersiya obyektləri bazarında avqust ayı ilə müqayisədə sentyabrda qiymətlər dollar ekvivalentində 4,96 faiz, manatla ifadədə isə 6,48 faiz azalıb. Torpaq bazarında da müvafiq olaraq 0,83 faiz və 2,42 faiz azalma var. 
Mənzillərin kirayəsi bazarında azalma sentyabr ayında avqust ayı ilə müqayisədə dollarla ifadədə 8 faiz, manatla ifadədə isə 9,4 faiz təşkil edib. Kommersiya obyektlərinin kirayə bazarında isə müvafiq göstəricilər 4,28 faiz və 2,73 faiz azalma təşkil edib".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam