Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Bu vəziyyət növbəti kəskin devalvasiyadan xəbər verir”

pulAzərbaycan banklarında dollar ajiotajı davam edir.

Xeberinfo.com:   Azadlıq Radiosunun əlaqə saxladığı “Bank Respublika”, “Nikoil Bank”, “Bank VTB” və “Xalq Bank”ın dollar satışını dayandırdıqları bəlli olub.

Əksər banklarda isə limit var.

Məsələn, “Kapital Bank”da gündəlik limit 100 dollar, “AtaBank”da isə 500 dollardır. O bankların da bir xahişi var: “Zəhmət olmazsa, filial ilə əlaqə saxlayın, kassada məbləğin olub – olmaması barədə məlumat alın”. Yəni limit qoyulmasa da, kassada dollar olmaya bilər.

“Azərbaycan Sənaye Bank” və “Azərbaycan Beynəlxalq Bankı”ndan (ABB-dən) isə bildiriblər ki, limit yoxdur. “Kassada məbləğ varsa, ABB-də ABŞ dollarının alışına məhdudiyyət mövcud deyil”, – deyə bankdan bildiriblər.

Ümumiyyətlə, bankların dollar tələbi hərraclarda tam ödənilmir. Mərkəzi Bankın (MB) avqustun 29-da keçirdiyi son hərracda bankların dollara tələbi 560 milyon dollar olub. Hərraca DNF 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarmış və 29 banka satmışdı.

“Bu, birbaşa ölkədə dollar qıtlığını əks etdirir”

İqtisadçı ekspert Azər Mehtiyevin fikrincə, bu, birbaşa ölkədə dollar qıtlığını əks etdirir:

“Ölkəyə valyuta gətirən başlıca məhsul neft və təbii qaz ixracıdır. Qeyri-neft sahələrində hər zaman idxal ixracı dəfələrlə üstələyib. Ölkədə dollar satan qurumlar Dövlət Neft Fondu (DNF), Mərkəzi Bank (MB) və xarici neft şirkətləridir. Bu sonuncular mənfəət vergisini ödəmək üçün dollar satırlar”.

Ekspert deyir ki, neft gəlirləri azaldığından DNF bazara kifayət qədər dollar çıxara bilmir. Bundan əlavə, fondun xərclərinin bir hissəsi, məsələn, TANAP-ın, Bakı – Qars dəmir yolunun maliyyələşdirilməsi elə dollarla həyata keçirilir. Dövlət büdcəsinin də dollarla ödənilən xərcləri var. Şirkətlərin mənfəəti azalıb deyə, onlar da bazara ciddi məbləğ çıxara bilmirlər.

“Banklara əhaliyə dollar satmaq sərf etmir”

A.Mehtiyevin sözlərinə görə, bu tərəfdən də Dövlət Neft Şirkəti (SOCAR) xaricdən benzin ixracına başlayıb ki, bu da əlavə dollar tələb edir:

“Belə bir durumda dollar təklifi kəskin azalıb, tələb isə kəskin artıb. Banklar isə ilk növbədə korporativ müştərilərin tələblərini ödəməyə üstünlük verirlər, çünki onlar daha böyük məbləğdə dollar alırlar. Nəticə etibarı ilə, banklara əhaliyə dollar satmaq sərf etmir. Bu isə cəmiyyətdə əlavə ajiotaj yaradır və hər kəs manatın taleyindən narahat olaraq onu tez dəyişməyə cəhd edir”.

“Belə vəziyyət çox davam edə bilməz”

Bank məsələləri eksperti Əkrəm Həsənovun fikrincə, bu vəziyyət növbəti kəskin devalvasiyadan xəbər verir:

“Əgər təbii, yenə də, inzibati yolla ehtiyatlar hesabına məzənnəni qorumasalar. Məsələ indi belədir. Mərkəzi Bank banklara hazırda tələb olunan qədər dollar satmır, buna görə də banklar da müştərilərinə dollar satışını ya tam dayandırıb, ya da məhdudlaşdırıb. Nəticədə gözlənildiyi kimi, qara bazar fəallaşıb. Belə vəziyyət çox davam edə bilməz. Yaxın günlərdə həll olunmalıdır. Yəni dollar satışı davam etdirilməlidir”.

Ekspertə görə, bu zaman 2 variant mümkündür:

“Ya yenə kəskin devalvasiya olacaq və dollar artıq yeni yüksək məzənnə ilə satılacaq, ya da DNF xaricdəki aktivərini satıb ölkəyə dollar gətirib cari məzənnə ilə satacaq. İkinci halda valyuta ehtiyatlarımız kəskin azala bilər. Buna görə də ehtimal edirəm ki, DNF və Maliyyə Nazirliyi buna etiraz edir və birinci variantı təklif edirlər. Əksinə, Mərkəzi Bank 2-ci variantı təklif edir, çünki növbəti kəskin devalvasiya banklara ciddi problem yaradacaq: dollar kreditlərini qaytarmaqda onsuz da çətinlik çəkirlər, bundan sonra daha da çətin olacaq”.

Keçən il Azərbaycanda iki devalvasiya baş verib. Nəticədə manat dollar qarşısında iki dəfə dəyər itirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam