Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

10 iri bank dollar satışını dayandırdı

dollarBu gün dollar satmayan bankların sırasına daha 2-si əlavə olunub.

Xeberinfo.com:   Fins.az xəbər verir ki, “Bank of Baku” və “Bank Respublika” ABŞ valyutasının satışını dayandırıb.

Qeyd edək ki, bu günədək “Bank Respublika” dolları müəyyən limitlə satırdı. Dünən isə limiti tamamilə azaldaraq 100 dollar məbləğimdə müəyyən etmişdi. “Bank of Baku” isə son günlər valyuta satışını limitsiz həyata keçirirdi.

Lakin bu gündən satışı dayandırıb. Bankdan bildiriblər ki, əgər kassada dollar alınsa həmin həcmdə də satış olacaq. Xatırladaq ki, dünən Pakistan Milli Bankının Bakı filialı və Azərbaycan Sənaye Bankı valyuta satışını dayandırıb. Bundan öncə isə “Kapital Bank”, “VTB Bank” və “Paşabank” dollar satmaqdan imtina edib. Beləliklə, bu gün ABŞ valyutasını satmayan bankların sayı 10-a çatıb.

Dollar satmayan banklar bunlardır:

“Bank of Baku”

“Bank Respublika”

Pakistan Milli Bankının Bakı filialı

Azərbaycan Sənaye Bankı

Azər-Türk Bank

Ziraat Bank

“Naxçıvanbank”

“Kapital Bank”

“VTB Bank”

“Paşabank”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam