Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Fitch” Azərbaycanın reytinqini mənfiyə endirdi

fitch-300x193

“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın suveren proqnozunu “neqativ” olaraq müəyyənləşdirib.

Xeberinfo.com:    Agentlik Azərbaycanın yerli və xarici valyutada olan emitentin uzunmüddətli defolt reytinqini (İDR) “BB+”, xarici valyutada olan istiqrazlarını da “BB+” səviyyəsində təsdiq edib. Bununla yanaşı, Azərbaycanın qısa müddətli yerli və xarici valyutada olan reytinqi (IDRs) “B+” olaraq təsdiqlənib.

Mənfi proqnoz neftdən güclü asılılıq, bununla yanaşı inkişaf etməmiş siyasi çərçivə və zəif bank sektoru arasında balansı müəyyən edir.
Agentlik formal olaraq islahatların başlanıldığını bildirir, amma hesab edir ki, biznes mühiti yaxşılaşdırmaq üçün tədbirlər görülməlidir..

Agentlik hesab edir ki, bu il bu il konsolidə edilmiş ümumi dövlət kəsrinin ÜDM-in 7,3%-ə bərabər olub. “Fitch”in Azərbaycanın büdcə kəsiri ilə bağlı əvvəlki proqnozu isə 12,5% olub. Yaxşılaşmaya ARDNF-nin bufer yastığı kömək edib. (1 avqust üçün $35,1 mlrd və ya ay ərzində + $1,5 mlrd).
“Fitch” ekspertləri bank sisteminin zəif olduğunu bildirir. Vaxtı keçmiş kreditlər 1 avqust üçün 8,4% (1 yanvarda 6,9%) olub.
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda sosial və siyasi sabitliyin qorunacağını, Dağlıq Qarabağ münaqişəsinin iqtisadi və maliyyə sabitliyinə zərər verə biləcək səviyyədə davamlı eskalasiyasının olmayacağını gözləyir. (contact.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam