Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Goldman: Fedin faiz artırması məşğulluğa bağlıdır

goldman sacsBeynəlxalq bank və maliyyə nəhəngi Goldman Sachs, ABŞ Mərkəzi Bankının (Fed) faiz artırmaq qərarının açıqlanacaq kənd təsərrüfatı xaric məşğulluq göstəricisinə bağlı olduğu bildirib.

Xeberinfo.com:  Ötən cümə günü Fed sədri Janet Yellenin ABŞ iqtisadiyyatına qiymət verərək, “faiz artırmaq üçün zəmininin son aylarda möhkəmləndiyinə inanıram” ifadəsini işlətmişdi.

Goldman Sachs hesabatında, Fedin pul siyasətlərini müəyyənləşdirən Federal Açıq Bazar Komitəsinin (FOMC) sentyabr toplantısında faiz artırmaq qərarı verməsinin ehtimalının yüksəldiyi bildirilib.

Fed rəsmilərinin ötən iki həftə ərzində ABŞ iqtisadiyyatında yaxşılaşma və yaxın gələcəkdə faiz artırımına getmək barədə siqnallar verdiyinə diqqət çəkilən hesabatda, faiz artırılmasının zamanının göstərilməməsinin səbəbi olaraq FOMC-ın məşğulluq göstəricisini gözləməsi göstərilib.

Hesabatda, cümə günü açıqlanacaq avqust ayı kənd təsərrüfatı xaric məşğulluq göstəricisinin işçi qüvvəsi bazarında sağalmaya işarə etməsi vəziyyətində FOMC-ın sentyabr toplantısında faiz artıra biləcəyi qeyd edilib.

Hesabatda “Gələn ay faiz artırılması qərarı verilməsi ehtimalı haqqındakı proqnozumuzu 30%-dən 40%-ə yüksəltdik” ifadəsi istifadə edilib.

Fedin sentyabrda faiz artmaması vəziyyətində dekabr ayında FOMC-ın faiz artırmaq qərarı vermə ehtimalının da 40 faiz olaraq təxmin edildiyinin qeyd edildiyi hesabatda, mərkəzi bankın bu il ən az bir dəfə faizləri qaldırması ehtimalının da 75%-dən 80% qaldırıldığı qeyd edilib.

ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq iyul ayında 255 minlə bazar gözləntisi olan 180 minin üzərində çıxmış, may ayı göstəricisi 11 mindən 24 minə, iyun göstəricisi də 287 mindən 292 minə dəyişdirilmişdi. Beləliklə, Fedin də yaxından təqib etdiyi 3 aylıq orta məşğulluq artımı iyul etibarilə 147 mindən 190 minə yüksəlmişdi.

ABŞ Əmək Nazirliyi avqust ayı kənd təsərrüfatı xaric məşğulluq göstəricisini cümə günü Bakı vaxtı ilə 16.30-da açıqlayacaq. FOMC-ın növbəti iclası isə 20-21 Sentyabr tarixlərində keçiriləcək.

Fed-in faiz artıracağı gün yaxınlaşdıqca dollar bahalaşır. Bakı vaxtı ilə, saat 08:30 olan məlumata görə dollar avro qarşısında bahalaşaraq 1.1174 səviyyəsinə gəlib. Ötən həftənin əvvəlində Avro/dollar cütlüyü 1.13 səviyyəsinin üzərində idi.

(marja)


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam