Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Büdcədə 688 milyon manatlıq kəsir

budce

Nemət Əliyev: «Büdcə öhdəliyinin icrasında 30 faizə yaxın problemin olması böyük fəsadların yarana biləcəyindən xəbər verir»

Xeberinfo.com:   Maliyyə Nazirliyinin məlumatlarına əsasən, 2016-cı ilin yanvar-iyun aylarında dövlət büdcəsinə 6 mlrd. 133,8 mln. manat vəsait daxil olub. Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, hesabat dövründə büdcədən 6 mlrd. 821,5 mln. manat vəsait xərclənib.

Beləliklə, büdcənin icrasında 687,7 mln. manatlıq kəsir yaranıb ki, bu da ümumi daxili məhsulun 2,5%-inə bərabərdir.

2015-ci il büdcəsini 2 milyard manat kəsirlə başa vuran hökumət bunu neftin qiymətinin aşağı olması və Neft Fondundan transferlərin azalmasıyla izah etdi.

Amma bu ilin başlanğıcından artıq büdcənin icrası ilə bağlı problem yaşanıb. Ekspertlərə görə, bu daha çox neftin qiymətinin proqnozlaşdırıldığı səviyyədə olmasıyla bağlıdır.

nemet-eliyev1

Iqtisadçı Nemət Əliyevin fikrincə, bir daha aydın olur ki, dövlət büdcəsində doğrudan da kəskin problemlər var. N.Əliyevin sözlərinə görə, xərclərin kəskin şəkildə aşağı düşməsinin səbəbi büdcə gəlirlərinin, büdcə daxilolmalarının miqyasının getdikcə böyüməsiylə bağlıdır. Vəsait əldə etmək imkanlarının getdikcə məhdudlaşdığını deyən N.Əliyev bildirdi ki, nəticədə dövlət büdcə öhdəliklərinin yerinə yetirilməsində problem yaşanır: “Belə aydın olur ki, təxminən 25-30 faiz arasında xərclər kəsirlə yerinə yetirilib. Təxminən elə 30 faizə qədər də büdcə gəlirlərində kəsir əmələ gəlib. Təsəvvür edin ki, belə bir vəziyyət manat iki dəfə ucuzlaşandan sonra əmələ gəlib. Hökumət büdcə qarşısında manatla olan öhdəlikləri yerinə yetirmək istiqamətində ciddi problemlərlə üzləşib. Büdcə qarşısında öhdəliklərin yerinə yetirilməməsinin fəsadları daha böyükdür. Əgər xatırlayırsınızsa, ötən ilin büdcə xərcləri 21 milyard dollar həcmində proqnozlaşdırılmışdı. Bu ilin dövlət büdcə xərcləri isə 18.5 milyarda qədər azaldılıb. Bu, təxminən 2.5 milyarda yaxın azalma deməkdir. Deməli, bu qədər azalmadan sonra yerdə qalan büdcənin özünün icra olunmasında 30 faizə yaxın problemin ortaya çıxması yaxın perspektiv üçün çox böyük fəsadların yarana biləcəyindən xəbər verir. Indi ən azı bəllidir ki, səhiyyə, təhsil, sosial müdafiə, sosial təminat xərcləri üzrə əməlli-başlı problem yaşanır. Ən böyük problem iqtisadiyyatın maliyyələşməsi üzrə yaranıb”.

N.Əliyev vurğuladı ki, büdcə vəsaitləri hesabına iqtisadiyyatın maliyyələşdirilməsinə ayrılmış vəsaitlər bu ilin büdcəsində 44 faizə qədər azaldılmışdı. Dövlət investisiya xərclərinin 70-75 faiz kəsirlə icra olunacağı heç bir şübhə doğurmur. N.Əliyevin sözlərinə görə, dövlət xərclərinin yerinə yetirilməsində öhdəliyin icra olunmaması iqtisadiyyatda tələb amilinin süni şəkildə zəiflədilməsinə xidmət edir: “Iqtisadi fəallıq bundan sonrakı dövrdə də zəifləyəcək. Bu isə o deməkdir ki, iqtisadiyyatdan dövlət büdcəsinə ödəmələrdə də ciddi problem yaranacaq. Hökumət büdcənin icrasında bu problemləri nəzərə almalıdır. Konkret əməli işə keçilməlidir. Imitasiya xarakterli, cəmiyyətin fikrini yayındıran əməllərdən əl götürmək lazımdır”.(Azadliq.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam