Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Fitch": Azərbaycanda qeyri-həyat sığortası tənəzzülə uğrayıb"

"Azərbaycanda həyat sığortası ilə bağlı yığımlar digər MDB ölkələri ilə müqayisədə yüksək çəkiyə malikdir".

Xeberinfo.com:  APA xəbər verir ki, bunu Bakıda keçirilən VII Beynəlxalq Sığorta Forumunda (AIIF-2016) "Fitch" beynəlxalq reytinq agentliyinin MDB ölkələri üzrə nümayəndəliyinin direktoru Anastasiya Litvinova deyib.

Onun sözlərinə görə, buna baxmayaraq qeyri-həyat sığortası 2015-cı ildən tənəzzülə uğrayıb: "Biz görürük ki, bazarda kapital konsentrasiyası yüksək səviyyədədir. Bir neçə əsas bazar iştirakçısı var. 2015-ci ildə bu sektordan son iki ildə əldə olunan gəlir Rusiya və Qazaxıstan bazarından fərqli olaraq aşağı səviyyədə olub. Digər ölkələr kimi, Azərbaycan da devalvasiyadan əziyyət çəkib".

A. Litvinova əlavə edib ki, Azərbaycanın sığorta bazarında anderraytinqlə bağlı vəziyyət çox bərbaddır: "İnvestisiyalar üçün isə bu nəticə münasib şərait yaratmır. Bu sektorda olan əsas nailiyyət həyat sığortası ilə bağlıdır. Qeyri-həyat sığortası devalvasiyadan zərər çəkib. Sığorta sektoru bank sektorundan asılıdır. Tənzimləyici qurumlar, banklar tərəfindən bu sektor əhəmiyyət verilmir. Sığorta bazarı ilə bağlı müvafiq tənzimləmələrin olması sistemə kömək edə bilər. İcbari sığortada anderraytinqlə bağlı iştirakçıların sayı məhduddur. Sektorun inkişafı ilə bağlı əsas problem sağlam anderraytinqin olmaması ilə bağlıdır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam