Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Manat ucuzlaşmaqda davam edəcək”

Vahid_Ehmedov1465308874

 

Milli valyuta ucuzlaşmaqda davam edir. Belə ki, Mərkəzi Bankın rəsmi açıqlamasına görə, iyunun 8-də USD/AZN rəsmi məzənnəsi 1,5054 səviyyəsində müəyyən olunub.
Xeberinfo.com:   Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az saytına manatın ucuzlaşmaqda davam edəcəyini deyib.
Deputat manatın Azərbaycan maliyyə bazarında öz həqiqi qiymətini tapmasının vacibliyini diqqətə çatdırıb:
“Manatın məzənnəsi hazırda müəyyən metodlarla qorunub saxlanırdı. Amma artıq başa düşürlər ki, manatın indiki məzənnəsinin qorunub saxlanması əlavə xərc deməkdir. Bundan başqa Federal Ehtiyatlar Sistemi (FED) Amerikada müəyyən qərarlar qəbul edib. Ola bilər ki, bu da ucuzlaşmaya təsirsiz ötüşməyib. Hesab edirəm ki, manat daxili bazarda öz qiymətini almalıdır. Əlavə vəsaiti real sektora sərf etmək lazımdır. Mənim fikrimcə manatın ucuzlaşması davam edəcək”.
Parlament üzvününü sözlərinə görə, hazırda bank sistemində problemlər həddindən artıq çoxdur:
“Ölkə başçısı da bank sisteminin sağlamlaşdırılması ilə bağlı ciddi göstərişlər verib. Hazırda bu barədə çox böyük işlər gedir. Hətta Maliyyə Bazarlarına Nəzarət Palatası bütün kommersiya banklarının diaqnostikasını aparır. Yəqin ki, yeniliklərlə bağlı açıqlamalar olacaq. Çünki, sistem normal işləməlidir ki, insanların banklara inamı artsın. Bu gün banklara olan inam aşağı səviyyədə olduğundan manatın məzənnəsinin qorunub saxlanmasına çalışılır. Bank sistemində olan problemlər 1-2 deyil… Həmçinin manatın məzənnəsinin idxal və ixrac əməliyyatlarından asılılığı var. Doğrudur, son vaxtlar kənd təsərrüfatı məhsullarının ixracı artıb. Bu böyük əhəmiyyət kəsb etsə də, gəlir çox deyil. Bildiyiniz kimi, bizim əsas ixracımız neft və qaz məhsullarındandır. Mənim fikrimcə, manatı qoruyub saxlamaq düzgün deyil”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam