Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Mərkəzi Bank bankları bağlamaq istəyirsə, çox böyük səhv edir”

vahid-ehmedovİlin əvvəlindən başlayaraq Mərkəzi Bank tərəfindən verilən qərarlar əsasında ölkədə fəaliyyət göstərən bəzi kommersiya banklarının bağlanması və konsolidasiyası baş verdi.

Xeberinfo.com:   Həmin müddət ərzində Mərkəzi Bank “Gəncə Bank” ASC, “Bank of Azerbaijan”, “Yunayted Kredit Bank” ASC və “NBCBank” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, “Atrabank” ASC və “Texnikabank” ASC-nin lisenziyasının geri alınması ilə bağlı qərar verdi.
“AGBank” ASC və “DəmirBank” ASC konsolidasiya olunacaqlarını bəyan etdi. Amma Mərkəzi Bank fevralın 1-də verdiyi qərarla “NBC Bank ASC”nin lisenziyasını bərpa etdi. Maraqlısı vəziyyəti kritik həddə çatan bankların olması fonunda sağlamlaşdırmanın davam etdirilməməsi oldu…

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun bildirdiyinə görə, Azərbaycanda fəaliyyət göstərən bankların sağlamlaşdırılması prosesi hələ bitməyib.

Deputat hazırda Azərbaycanda 37 bankın fəaliyyət göstərdiyini diqqətə çatdırıb:

“Biz bankların bağlanmasının deyil, birləşdirilərək daha iri 15-20 bankın yaradılmasının tərəfdarıyıq.

Belə olan halda onların kredit portfelləri, likvidliyi, nizamnamə kapitalı yüksək olar ki, bunun da əsasında kredit verə bilərlər.

Bankların sağlamlaşdırılması prosesi getməlidir, dayana bilməz. Biz verdiyimiz təkliflərdə bunu qeyd etmişik”.

V.Əhmədov bankların bağlanmasının yaxşı nəticələr verməyəcəni qeyd edib:

“Əgər hansısa qurum, istər Mərkəzi Bank, istərsə Maliyyə Bazarlarına Nəzarət Palatası bankları bağlamağı fikirləşirsə, çox böyük səhv edir. Çünki, banklarda yüz minlərlə əmanətçinin haqqı var. Banklar bağlanarsa, çox ciddi problemlər yarana bilər. Hazırda banklarda ciddi gərginlik müşahidə edilir. Buna görə birləşdirilmə getməlidir. Hətta banklar bağlansa belə, Əmanətlərin Sığortalanması Fondu bu əmanətləri geri qaytarmalıdır. Çünki əmanətlərin 100 faiz sığortalanması haqda qanun qəbul etmişik. Əmanətlər heç vaxt bata bilməz”. (modern.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam