Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

"Manatın dəyərdən düşməsi benzinin qalxmasına səbəb oldu" -EKSPERT

 

Azərbaycanda "Aİ-95" premium markalı benzinin qiymətində artım baş verib.

Xeberinfo.com:   Belə ki, ölkəyə xaricdən idxal edilən və qiyməti 0.95 AZN təşkil edən "Aİ-95" premium markalı benzinin hazırki qiyməti artıq 1,05 AZN-dir.

Qiymət artımnın Azərbaycanda istehsal olunan və çoxluğun istifadə etdiyi «Aİ-92» markalı benzinə şamil ediləcəyi hələ ki gözlənilmir.  

Bəs "Aİ-95" premium markalı benzinin qiymətindəki artım əlavə hansə sahələrə mənfi təsie edəcək?

İqtisadçı Natiq Cəfərli məsələ ilə bağlı Modern.az-a açıqlama verib.

 

O bildirib ki, "Aİ-95" premium markalı benzinin qiymətinin qalxmasını manatın məzənnəsi şərtləndirib:

“Çünki biz bu benzini xaricdən alırıq. Təəssüf ki, bu illər ərzində avro-3 standartlarına uyğun gələcək benzin istehsal edə bilmədik. Ona görə də manatın dəyərdən düşməsi valyuta ilə alınan məhsulların da qiymətinin qalxmasına səbəb olub”.

 

Ekspert deyib ki, bu markalı benzinin qalxması iqtisadiyyatın digər sahələrinə ciddi təsir etməyəcək:


"Çünki ki bu, kifayət qədər az satılan və bahalı maşınların istifadə etdiyi benzin növüdür”.

N.Cəfərli “Aİ-92” markalı benzinin qiymətinin qalxacağını da istisna etməyib:

“Belə fikirlər var ki, “Aİ-92” markalı benzinin istehsalı azaldığından ölkənin tələbatını ödəməyə bilər. Bu nöqteyi-nəzərdən, gələcəkdə problemlər yaranarsa, öz ehtiyacımızı ödəyə bilməsək və xaricdən benzin almağa məcbur olsaq, təbii ki, qiymət artımı qaçılmaz olacaq. Bu növ benzin xüsusilə Rusiyada daha çox istehsal edilir.

“Aİ-92” və dizel yanacağının qiymətində bahalaşma olsa, bu, iqtisadiyyata daha ciddi təsir göstərəcək. Çünki əsas yük daşımalarında və kənd təsərrüfatında istifadə olunan yanacaq növləri bunlardır. Kənd təsərrüfatında isə ümumiyyətlə dizel yanacağı maya dəyərin formalaşmasında önəmli rol oynayır. Dizel yanacağının kənd təsərrüfatı məhsullarının maya dəyərində 20-25 faizlik payı var. Əgər artım olarsa, bu, iqtisadiyyatdakı bütün sahələrə daha ciddi təsir göstərəcək. Ümid edək ki, indiki dövrdə qiymət qalxmayacaq. Çünki onsuz da qiymət artımı kifayət qədər sürətlənib, rəsmi inflyasiya ikirəqəmli həddədir. Artım olacağı təqdirdə inflyasiya daha da sürətlənə, kənd təsərrüfatı, ərzaq məhsulları, xidmət sahələrində kəskin qiymət artımının şahidi ola bilərik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam