Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Elman Rüstəmovdan manatla bağlı açıqlama: "Mərkəzi Bank proseslərə qarışmır"

elman (1)

 

“Üzən məzənnə rejiminə sadiqik. Görürsünüz ki, manatın müəyyən dərəcədə möhkəmlənməsi gedir. Bu o deməkdir ki, Mərkəzi Bank proseslərə qarışmır”.

Xeberinfo.com:   “Report”un verdiyi xəbərə görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov məlumat verib.
“Belə olan halda məzənnə, onun sərhədi haqqında hər hansı söz demək düzgün deyil. Bunu artıq valyuta bazarı – tələb-təklif müəyyənləşdirir. Bütövlükdə iqtisadi fundamental faktorlar, iqtisadi artım, inflyasiya səviyyəsi, xarici iqtisadi fundamental faktorlar – neftin qiyməti, əsas tərəfdaş ölkələrdə məzənnə dinamikası müəyyənləşdirir.
İdarəolunma o deməkdir ki, Mərkəzi Bank məzənnə ilə əlaqədar çox kəskin bir problem çıxanda prosesi tənzimləməyə müdaxilə edə bilər. Bugünkü iqtisadi reallıqda bazarda məzənnə tələb-təklifə görə formalaşır.
Azərbaycanın çox əhəmiyyətli valyuta ehtiyatları var. Bu gün valyuta ehtiyatları ÜDM-in təxminən 100%-ni təşkil edir. Bu, olduqca ciddi ehtiyatdır. Mərkəzi Bankın kifayət qədər valyuta ehtiyatları var. Baxmayaraq ki, müəyyən qədər azalıb. Son dövlər biz onu bir qədər artırırıq. Bütövlükdə beynəlxalq praktikada hesab olunur ki, valyuta ehtiyatları ölkənin ən azı altı aylıq idxalını örtən qədər olmalıdır. Bu gün bizdə son idxala baxsaq, 9-10 aya qədər olan ehtiyatlarımız var”.
Sədr həmçinin neftin qiyməti barədə gözləntilər və Federal Ehtiyatlar Sisteminin (FES) faiz dərəcəsinin maliyyə bazarına təsiri ilə bağlı sullara da cavab verib: “Düşünmürəm ki, neftin qiymətində hər hansı ciddi dəyişiklik olsun. BP-nin də təqdimatı göstərir ki, yaxın 20 ildə, 2035-ci ilədək neftin qiymətləri konservativ qalacaq. Federal Ehtiyatlar Sisteminin faiz dərəcələrini artırması hesab etmirəm ki, Azərbaycan maliyyə bazarlarına əhəmiyyətli dərəcədə təsir etsin. Bizdə başlıca fundamental məsələ neftin qiyməti, tərəfdaş ölkələrin valyutasında dəyişiklik, ölkənin ödəmə balansının vəziyyətidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam