Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Fondun ehtiyatlarının 32 faizi “əridi”

fond“Texnikabank” ASC-nin əmanətçilərinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən seçilmiş agent banklar vasitəsi ilə kompensasiya ödənişi davam edir.

Xeberinfo.com:  Fonddan verilən məlumata görə, seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan əmanətçiyə 20 milyon manatdan artıq kompensasiya ödənilib.

“Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 29 yanvar 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılmış və həmin gündən etibarən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir.

Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan “Bank of Azerbaijan”ın qorunan əmanətçilərinə 21 milyon 529 min manatdan artıq, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə isə 621 min manatdan artıq kompensasiya ödənilib.

3 Bankın əmanətçilərinə cəmi 42 milyon 150 min manat ödənilib.

Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondunun ehtiyatı (fondu) 132 milyon manatdır. Beləliklə, Yanvarın sonundan müflis elan edilmiş banklara görə Fondun ehtiyatlarının artıq 32%-i “əriyib”.

Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bildirmişdi ki, “Texnikabank”ın 20 340 qorunan əmanətçisinə 123 milyon 166 min 426 manat kompensasiya veriləcək. Bankın bütün kompensasiyaları ödəmək üçün Mərkəzi Bankdan və ya bazardan borc alacağı gözlənilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam