Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Qara qızıl"ın "qara" günləri: barrel 36 dollardan aşağı gedir

Dünya bazarlarında neftin ucuzlaşması prosesi davam edir.

Xeberinfo.com:   Birjalardakı son hərracların nəticələrinə istinadən xəbərə görə, “Brent” markalı neft bu gün daha 1.78 faiz dəyər itirib və hazırda barreli 36 dollardan da aşağı-35.56 dollara satılır. Azərbaycanın “Azeri Light” markalı nefti isə bundan bir neçə sent bahadır.

Xatırladaq ki, ötən həftə sonu Səudiyyə Ərəbistanının şiə lider Nimr əl-Nimri edam etməsindən sonra Tehrana Ər-Riyad arasında yaranmış qarşıdurma, habelə bütün Yaxın Şərq boyu sünnü-şiə münaqişəsinin qızışması neftin qiymətində nisbi artıma səbəb olmuşdu. Həmin hadisələr fonunda “Brent” bir gündə 3 faiz bahalaşaraq 38 dollara satılmışdı.

Lakin göründüyü kimi Yaxın Şərqdəki təlatümlərin neftin qiymətinə təsiri müvəqqəti olub. Dünya bazarlarındakı neft bolluğu, Amerika neftinin bazara çıxması, İranın neft ixracını artırmağa hazırlaşması qiymətlərin ucuzlaşması tendensiyasını yenidən başladıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam