Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Neftin qiyməti ilə bağlı 7 illik proqnoz

 

Yaxın 7 il ərzində neftin qiyməti 40-60 dollar/barrel ətrafında dəyişəcək.

Xeberinfo.com:   Məlumata görə, bu haqda Rusiyanın maliyyə nazirinin müavini Maksim Oreşkin danışıb. 

Rusiya rəsmisinin sözlərinə görə, Rusiya iqtisadiyyatı neftin 40 dollar/barrel qiymətinə uyğunlaşıb və ölkə iqtisadiyyatı üçün əsas qorxu hazırda büdcə kəsiridir.


Maksim Oreşkin - Rusiyanın maliyyə nazirinin müavini


Hazırda dünya bazarında "qara qızıl"ın qiymətində enmə müşahidə edilir. Birjalarda "Brent"markalı neftin bir barrelinin qiyməti 40,11 dollardan 39,61 dollara düşüb. 

Ən aşağı qiymət "Light" markalı neftdə qeydə alınıb. Son məlumatlara görə, "Light" neftinin qiyməti 36,61 dollar təşkil edib.

"AzəriLayt" markalı neftin bir barrelinin qiyməti isə 0,64 dollar ucuzlaşaraq 40,94 dollar olub.


Dünya birjalarında neftin qiyməti


Neftin qiymətinin bu qədər aşağı düşməsi Səudiyyə Ərəbistanının neft hasilatını artırması ilə əlaqələndirilir. Krallıq bu yolla neft bazarındakı yerini qorumaq və neftin qiymətinin aşağı olduğu bir dövrdə gəlirinin azalmasının qarşısını almaq istəyir.

Bundan başqa təkcə Səudiyyə Ərəbistanı deyil, ümumilikdə OPEC (Neft İxrac Edən Ölkələr Birliyi) ölkələri neft bazarını kifayət qədər xammalla təmin edir. Məhz bu səbəbdən "qara qızıl"ın qiyməti son 6 ildə ən aşağı həddə çatıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam