Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Valyutadəyişmə məntəqələri sabahdan işini dayandırır

valyutamubadileValyutadəyişmə məntəqələrinin bir çoxu dekabrın 31-dən fəaliyyətini dayandıracaq.

Xeberinfo.com:  Məlumata görə, bunu 28 may ətrafında yerləşən bir çox məntəqə satıcıları BBC Azərbaycanca-nın müxbiri ilə söhbətdə deyiblər. Onlar bunun səbəbini bankların yanvarın 5-nə kimi tətilə çıxması ilə əlaqələndiriblər.

Bir çox məntəqələrdə dolların alışı 1.60-1.65, satışı isə 1.70-1.72 manatla həyata keçirilib. Rəsmi məzənnə 1.5594 manat olub.

Mərkəzi Bank bu gün yaydığı açıqlamada yalnız 2016-cı il 5 yanvar tarixi üçün dolların rəsmi məzənnəsini təyin edib.

Hüquqşunas Əkrəm Həsənov bankların və valyutadəyişmə məntəqələrinin bir gün əvvəldən tətilə çıxmasının anlaşılan olduğunu düşünür.

O, Mərkəzi Bankın bunu ehtiyatda olan dollar itkisinin qarşısını almaq üçün etdiyini ehtimal edir: “Amma bu qərar əks-nəticələrə səbəb ola bilər. Hazırkı vəziyyətdə bu, qara bazarın aktivləşməsinə apara bilər. Ona görə indi əsas məsələ qara bazarın qarşısını ala bilməkdir”.

Mərkəzi Bank isə bildirir ki, bayramqabağı bankların valyutaya olan ehtiyacları keçirilmiş hərraclar vasitəsilə kifayət həcmdə təmin olunub. Qurum, alıcıları bayram günlərində milli valyutanın məzənnəsi ilə bağlı yarana biləcək hər hansı spekulyativ xarakterli məlumat və şayiələrə inanmamağa çağırıb.

Bəzi təsdiq olunmamış məlumatlarda iddia edilir ki, məntəqələrə 1000 dollardan artıq məbləği dəyişməmək tövsiyə olunub.

Bu arada, paytaxt ərazisində qanunsuz valyuta mübadiləsi həyata keçirən 5 nəfər saxlanılıb.

Bakı Şəhər baş Polis İdarəsinin məlumatına görə, onların barəsində inzibati xəta haqqında protokol tərtib olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam