Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ukrayna Rusiyaya donuz ətinin ixracını dayandırıb

 

 

      Ukrayna Dövlət Baytarlıq və Fitosanitar Xidməti  ölkədən Rusiyaya ixrac olunan diri donuzların və donuzçuluq sahəsinə aid malların sertifikatlaşdırılmasını dayandırıb.

 

       "xeberinfo.com" “İnterfaks”a istinadən  xəbər verir ki, Rusiya Dövlət Kənd Təsərrüfatına Nəzarət Xidməti (Rosselxoznadzor) ötən gün ərazi idarələrinə müvafiq bildiriş ünvanlayıb.  
       Rusiya Dövlət Kənd Təsərrüfatına Nəzarət Xidmətinin saytında bildirilir ki, sertifikatlaşdırılmanın dayandırılması bütün Ukrayna şirkətlərini əhatə edib. Bundan əvvəl baytarlıq sertifikatlaşdırılmanın dayandırılması yalnız Luqansk, Xarkov və Donetsk vilayətlərinə şamil olunurdu.  
      Məlumata görə, Rosselxoznadzor bundan əvvəl Ukrayna Dövlət Baytarlıq və Fitosanitar Xidmətinə müraciət edərək Luqansk vilayətində Afrika taunu xəstəliyinin aşkarlanması səbəbindən donuz ətinin ölkədən Rusiyaya ixracını dayandırılmasını xahiş edib. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam