Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Benzin bahalaşa bilər

 

    “Benzin bahalaşaraq, 1 manat 20 qəpik ola bilər”

  "xeberinfo.com": “Azərbaycan Aİ-95 markalı benzinə olan tələbatını Türkmənistan, Rusiya, Rumıniya və Bolqarıstandan gətirməklə ödəyə bilər”.

Əldə etdiyimiz məlumata görə, bunu neft araşdırmaları üzrə ekspert İlham Şaban deyib.

Onun sözlərinə görə, Rusiya və Türkmənistan Azərbaycana yaxın olduğundan çox güman ki, üstünlük də bu ölkələrə veriləcək. Amma ekspert bütün hallarda qiymətlərin indikindən yüksək olacağını düşünür.

“Qiymət 1 manat 20 qəpik də ola bilər. Azad bazar siyasəti olacaqsa, bu, ucuz da ola bilər. İndi Azərbaycanda Aİ-95 markalı benzin 80 qəpikdirsə, elə sahibkar ola bilər ki, ona benzini gətirmək ucuz başa gələr və gətirdiyi benzini 85 qəpiyə satar. Bu, daha çox benzinin gətirilməsinə çəkilən yol xərclərindən asılıdır. Misal üçün, sahibkar benzini Bolqarıstandan Batumiyə, ordan da Böyük Kəsiyə gətirib 85 qəpiyə satırsa, həmin benzin Bakıda 1 manat olacaq. Azad bazardan söhbət gedirsə, ölkənin bu başı ilə o biri başı arasında eyni qiymət ola bilməz. Qiymətlər indikindən ucuz olmayacaq. Həm də ona görə ki, Rusiyada və Avropada benzin ucuz deyil. Türkmənistanda daxili qiymətlər ucuz olsa da bu ölkə xaricə daxili qiymətlərlə benzin satmır” - deyə İ.Şaban bildirib.

Hazırda Azərbaycanda Aİ-95 markalı benzin ümumi tələbatın yalnız 10-11 faizini təşkil edir.

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev hökumətə Аİ-95-nin istehsalını dayandıraraq tam şəkildə Аİ-92-nin istehsalına keçməyi təklif etdiklərini söyləyib. Bu, Bakıdakı Neft Emalı Zavodunda modernləşmə işinin aparılması ilə əlaqələndirilir.

Nazirlər Kabinetinin qərarı ilə Aİ-92 və Aİ-95 markalı benzinin idxalı gömrük rüsumundan azad edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam