Redaktor seçimi
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Günün xəbəri

Samir Şərifov çətin durumda

 

Maliyyə naziri büdcə bölgüsünəvə «kredit qalmaqalı»na görəhədəfdədir

Maliyyə naziri Samir Şərifov hakimiyyətdəki iri qruplaşmaların hədəfinə gəlib.

"Xeberinfo.com":   Redaksiyamıza daxil olan məlumata görə, Samir Şərifovun hədəfə gəlməsi iki səbəblə bağlıdır. Bunlardan biri 2016-cı ilin dövlət büdcəsində pay bölgüsü, digəri isə “kredit qalmaqalı” ilə bağlıdır. Qaynağımız deyir ki, dövlət büdcəsində bəzi qurumlara ayrılan vəsaitlər azaldılıb.

Bu da ciddi narazılığa səbəb olub. Məsələdə Samir Şərifov suçlu bilinir. “Kredit qalmaqalı”na gəlincə, maliyyə naziri baş verənlərə görə Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevi açıq şəkildəittiham etmişdi. Milli Məclisin Iqtisadi Siyasət, Aqrar Siyasət, Təbii Ehtiyatlar və Energetika, Sosial Siyasət, Təhlükəsizlik və Müdafiə Komitələri tərəfindən 2016-cı il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı deputat Zahid Oruc Samir Şərifova Beynəlxalq Bankla bağlı belə bir sual ünvanlamışdı: “Hansı səbəbdən heç bir girov olmadan Azərbaycan Beynəlxalq Bankı müəyyən sahənin adamlarına iri məbləğdə kreditlər verilib? Halbuki sadə vətəndaşlara adi kredit verəndə həmin bank kredit məbləğindən az qala üçqat artıq girov tələb edib”.

Samir Şərifov isə Zahid Orucun sualına cavab olaraq demişdi ki, Beynəlxalq Bankının sabiq rəhbərliyi ciddi səhvlərə yol verib: “Bu səbəbdəəvvəlki rəhbərlik tutduğu vəzifədən kənarlaşdırılıb. Hazırda bəzi ediləəməllərə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Düzdür, bankın keçmiş rəhbərliyi təminat olmadan riskli layihələrə imza atıb. Beynəlxalq Bank Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş tələblərə əməl etməyib. Lakin bu bank Qafqazın ən iri bankıdır. Orada əhalinin böyük məbləğdə əmanətləri var. Bu bankın sistem əhəmiyyətli olması nəzərə alınaraq, ölkə başçısı Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması üçün fərman imzaladı. Hazırda problemli aktivlərin idarə olunması ilə başqa qurum məşğuldur”.

Məlumat üçün deyək ki, Cahangir Hacıyev hakimiyyətdə kifayət qədər güclü qruplaşmanın üzvü sayılır. O, milli təhlükəsizlik naziri Eldar Mahmudovla qudadır. Bu qruplaşmaya Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyevin də daxil olduğu deyilir. Beləliklə, Cahangir Hacıyevi ittiham edən Samir Şərifov həm də iqtidarda kifayət qədər güclü olan məmurlarla üz-üzə gəlmiş olub. Mənbəbildirir ki, baş nazir olmaq iddiasında olan Samir Şərifovun hər hansı ehtiyatsız addımı onun ciddi zərbələrlə üzləşməsinə səbəb ola bilər.

Azadlıq


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam