Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Dövlət qurumlarında ixtisarlar olacaq”

 

“Gələn ilin dövlət büdcəsində neftin baza qiymətinin 50 dollar götürülməsi bəzi dövlət qurumlarında ixtisarlara, bir sıra tikinti işlərinin dayanmasına səbəb olacaq”. 

"Xeberinfo.com":   Məlumata görə, bunu iqtisadçı-ekspert Samir Əliyev 2016-ci ilin dövlət büdcəsində neftin baza qiymətinin 50 dollar götürülməsini azvision.az-a şərh edərkən deyib. 

İqtisadçı bildirib ki, neftin qiymətinin 50 dollar həcmində götürülməsi ölkəmiz üçün təhlükəli deyil.

“2014-cü ilin təqribən bu vaxtları neftin qiymətinin 90 dollar götürüləcəyi məlum olanda ekspertlər bunun riskli olduğunu bildirmişdi. Həmin dövrdə əsas fikir 70-80 dollar həddində idi. Ancaq məlum oldu ki, neft daha çox ucuzlaşıb. 50 dollarlıq səviyyədə də risklidir. Ancaq reallığa yaxındır. Hər halda neftin qiymətinin aşağı götürülməsini təqdirəlayiq hesab edirəm. Hökumət bu dəfə hadisələri real qiymətləndirə bildi”. 

S.Əliyev hesab edir ki, 2016-ci ilin büdcəsi nisbətən normaldır. Növbəti ilin büdcəsində bəzi vergilərin dərəcələrinin artırılacağını, vergi qaydalarının sərtləşdiriləcəyini gözləyən S. Əliyevin sözlərinə görə, ölkənin investisiya xərcləri də xeyli azalacaq.

“İnvestisiyanın azalması dövlət sifarişli tikinti işlərini zəiflədəcək. Bu isə işsizlik yaradacaq. Qeyri-neft sektorunun inkişaf etdirilməsini hökumət prioritet elan edib. Bu yaxşıdır, amma büdcə pulunun azaldılması çətinik yaradacaq. Ola bilsin ki, dövlət qurumlarında ixtisarlar və ya hansısa dövlət qurumlarının birləşdirilməsi istisna edilmir”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam