Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Prezident 3 sərəncam imzalayıb

 

Prezident Nuşirəvan Məhərrəmovla bağlı Sərəncam imzaladı

"Xeberinfo.com":  Məlumata görə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Nuşirəvan Məhərrəmovun Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilməsi haqqında Sərəncam imzalayıb.
 
 Prezident Nuşirəvan Umud oğlu Məhərrəmovu 6 il müddətinə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edib.
* * *
Röya Tağıyevaya “Şöhrət” ordeni verildi
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Röya Tağıyevaya “Şöhrət” ordeni verilməsi barədə Sərəncam imzalayıb.
 Prezident Konstitusiyanın 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Azərbaycan dekorativ-tətbiqi sənətinin inkişafında xidmətlərinə görə Röya Seyfəddin qızı Tağıyevanı “Şöhrət” ordeni ilə təltif edib.
* * *
Prezident pensiya sərəncamı imzaladı
Azərbaycan Prezidenti İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.
 
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna tapşırılıb ki, 2014-cü il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2015-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin; fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.
 
 
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. (azərtac)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam