Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Beynəlxalq Bankı sağaltmaq üçün 3 milyard manatlıq borc

 

Azərbaycanın bank olmayan kredit təşkilatı “Aqrarkredit” 3 milyard manat məbləğində istiqrazların emissiyasına hazırlaşır.

"Xeberinfo.com":   Məlumata görə,  bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin saytında məlumat yerləşdirilib.

“Aqrarkreditbank” bu günlərdə prezident İlham Əliyevin imzaladığı fərmanla Azərbaycan Beynəlxalq Bankının problemli kreditlərinin idarə edilməsi üzrə müvəkkil təyin edilib. Beynəlxalq Bankın problemli kreditləri bu maliyyə təşkilatına transfer olunub, bu, bankın özəlləşdirilməsinə hazırlıq tədbirlərindən biridir.

Məlumata əsasən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi avqustun 26-da “Aqrarkredit”in 3 milyard manqa məbləğində qiymətli kağızlar emissiyası prospektini qeydə alıb.

Emissiya hər biri 1 manatdan olmaqla 3 milyard istiqrazın buraxılmasını nəzərdə tutur. Arayış üçün qeyd edək ki, qiymətli kağızlar emissiyası borclanmanın bir növüdür.

“Aqrarkredit”in bu emissiyanı Beynəlxalq Bankda “sağlamlaşdırıcı tədbirlərin görülməsi üçün” həyata keçirdiyi bildirilir. “Aqrarkredit” 2003-cü ildə lisenziya alıb, onun səhmdarları Maliyyə Nazirliyi, dövlət sığorta şirkəti olan “Azərsığorta” və “Meliorasiya və Su Təsərrüfatı” ASC-dir.

Qeyri-rəsmi məlumatlara görə, Beynəlxalq Bankdan götürülən və qaytarılmayman kreditlərin məbləği 7 milyard manatdan çoxdur.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam