Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Mərkəzi Bankdan yeni dollar limiti

 

Ötən gündən etibarən Azərbaycan bankları valyuta dəyişmə məntəqələrində xarici valyutanın satışına limiti artırıb.

"Xeberinfo.com":   Məlumata görə,  Trend-in banklarda apardığı sorğu göstərir ki, bəzi kredit müəssisələri dolların alış limitini 2 mindən 5 min dollara kimi artırıb, başqaları isə limitsiz həcmdə valyuta dəyişməyə başlayıb.


Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata əsasən, AMB tərəfindən xarici valyutanın satışına heç bir limit qoyulmayıb: “Bu hər bir bankın daxili qərarıdır”.

Qonşu ölkələrdə devalvasiya proseslərinin səbəb olduğu ajiotajı və nağd xarici valyuta defisitini aradan qaldırmaq üçün AMB bankların dollar tələbatını lazımi həcmdə təmin edir.

Qeyd edək ki, AMB sərəncamında olan valyuta ehtiyatlarının azalmasına rəğmən, manatın məzənnəsini sabit saxlamağa çalışır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam