Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

SOCAR cərimə ödəməkdən imtina etdi

 

Gürcüstana neft məhsulları idxal edən şirkətlər Rəqabət Agentliyinin qərarına qarşı məhkəməyə iddia ərizəsi vermək niyyətindədir.

"Xeberinfo.com":   Məlumata görə, bu barədə azvision.az Gürcü KİV-nə istinadən xəbər verir. 

`SOCAR – Georgia` şirkətinin korporativ biznes departamentinin rəhbəri İrakliy Zubitişvili bəyan edib ki, iddia ərizəsi avqustun 15-nə qədər məhkəməyə veriləcək. 

`Biz haqlı olduğumuzu sübut eləmək niyyətindəyik. Hər şeyin necə yekunlaşacağını gözləyək. Bütün şirkətlər individual qaydada iddialar hazırlayırlar. Lakin ehtimal etmək olar ki, məhkəmədə bütün bu işlər birləşdiriləcək`, - deyə Zubitişvili bildirib. 

Məlumata əsasən Gürcüstan Rəqabət Agentliyi tərəfindən aparılan araşdırmalar zamanı bəzi şirkətlərin avtomobil yanacağı bazarında ölkənin `Rəqabət haqqında` qanunvericiliyini pozduğu aşkarlanıb. 

Agentliyin yaydığı məlumata görə, araşdırma aparılan şirkətlər ümumi məbləği 55 milyon ları (25 milyon dollar) dəyərində cərimə ödəməlidir. 

Qanunu pozan şirkətlər arasında SOCAR Georgia petroleum MMC də var. Şirkət 14 381 385 lari məbləğində cərimələnib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam