Redaktor seçimi
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Günün xəbəri

"SOCAR"-dan Gürcüstana yardım

 

İyunun 13-14-də Tbilisidə baş vermiş daşqının nəticələrinin aradan qaldırılması məqsədilə həyata keçirilən tədbirlərdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə şirkəti “SOCAR Energy Georgia” fəal iştirak edir.

 

"Xeberinfo.com":  SOCAR-dan AzVision.az-a verilən məlumata görə, təbii fəlakət zamanı həlak olanların ailələrinə dərin hüznlə başsağlığı diləklərini birincilər sırasında bildirən “SOCAR Energy Georgia” zərər çəkmiş paytaxt sakinlərinə yardım üçün ilkin mərhələdə 50 min lari (təxminən 24 000 manat) vəsait ayırıb.

Bundan əlavə, Tbilisi meriyasının əhalinin sosial problemlərinin həlli ilə məşğul olan xidməti 10 000 litr yanacaqla təmin olunub. Şirkətin rəhbərliyi yardım tədbirlərinin digər variantlarını da nəzərdən keçirir.

Qeyd edək ki, SOCAR beynəlxalq aləmdə qəbul olunmuş ümumi qaydalara uyğun olaraq, biznes fəaliyyəti ilə məşğul olduğu ölkələrin ictimai həyatında daim yaxından iştirak edir, yerli əhalinin sosial problemlərinin həll olunmasında, maddi rifah halının yüksəldilməsində əlindən gələni əsirgəmir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam