Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Problemli kreditlər artır

 

Azərbaycanda problemli kreditlərin həcmində artım müşahidə olunur

"Xeberinfo.com":   Məlumata görə, bunu Trend-ə açıqlamasında Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev deyib.
Onun sözlərinə görə, ilin əvvəlinə problemli kreditlərin ümumi kredit portfelinə nisbəti 6% olduğu halda, 1 iyun 2015-ci ilə bu göstərici 8% təşkil edib.
Bank sektorundakı son vəziyyətdən danışan C.Abdullayev bir sıra məsələlərə də toxunub: “Bəzi banklar kreditləşməni məhdudlaşdırıb. Manatın məzənnəsinin dollara nisbətən dəyişməsindən sonra xarici valyutada kreditləri olan borcalanların ödəniş qabiliyyəti pisləşib. Dollar kreditlərinə tələbat azalıb və pul dövriyyəsi kiçilib. Təbii ki, bütün bunlar bank sektoruna təsirsiz ötüşmür”.
O, problemli kreditlərin idarə olunması sahəsində kadr çatışmazlığı ilə bağlı suala belə cavab verib: “Bu sahədə kadr çatışmazlığı yoxdur. Bütün kredit təşkilatlarında problemli kreditlərin idarə edilməsi strukturu və təcrübəli işçilər var. Biz ildə 60-100 nəfəri problemli kreditlərin idarə edilməsi üzrə təlimdən keçiririk”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam