Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiyada inflyasiya ilin əvvəlindən 9,5 faizə çatıb

 

Rusiya KİV-nin yaydığı xəbərə görə, 2015-ci il iyulun 14-20 tarixində Rusiyada inflyasiya 0,1 faiz (o biri həftədə olduğu kimi), ayın əvvəlindən 0,9 faiz, ilin əvvəlindən isə 9,5 faiz təşkil edib. Bu rəqəmlər Rusiya Federal dövlət statistika xidmətinin («Rosstat») hesabatında yer alıb(Rosbalt).

"Xeberinfo.com":   Ötən ilin müvafiq dövründə ölkədə inflyasiya ilin əvvəlindən 5,3 faiz, tam ay ərzində 0,5 faiz olub.

İdarənin məlumatına görə, hesabat həftəsində şəkər tozunun qiyməti 1,0 faiz, qoyun əti, ət konservləri, günəbaxan yağı, marqarin, karamel, yumşaq şokoladlar, qara çayın qiyməti 0,2-0,3 faiz qalxıb. Elə həmin dövrdə yumurta 0,8 faiz, pendir və kərə yağı isə uyğun olaraq 0,3 və 0,2 faiz ucuzlaşıb.

Meyvə-tərəvəz məhsulları üzrə qiymət düşməsi ortalama, 1,6 faiz təşkil edib. O cümlədən, xıyarın qiyməti 7,0 faiz, pomidorun qiyməti 3,9 faiz, kartofun qiyməti 3,8 faiz, kələmin qiyməti 3,3 faiz düşüb. Bununla yanaşı, kök 0,5 faiz, alma 0,3 faiz bahalaşıb.

Benzinin qiyməti 0,4 faiz, dizel yanacağının qiyməti 0,1 faiz qalxıb.

Dövlət və munisipal yaşayış fondu binalarında yaşayış sahəsinə görə haqq 0,8 faiz, kommunal xidmət tarifləri isə 0,3-0,6 faiz qalxıb.

2015-ci ilin iyun ayının nəticələrinə görə, Rusiyada inflyasiya may ayına nisbətən (0,4 faiz səviyyəsində) 0,2 faiz təşkil edib. İlə hesablamaqla inflyasiya iyunda 15,3 faiz təşkil edib. May ayında bu rəqəm 15,8 faiz olub.

2014-cü il ərzində ölkədə istehlak qiymətləri 11,4 faiz artıb ki, bu da 2008-ci ildən sonrakı dövr ərzində ən yüksək göstəricidir. 2013-cü ildə Rusiyada inflyasiya 6,5 faiz, bundan bir il əvvəl isə 6,6 faiz təşkil edib. 2011-ci ildə inflyasiya s 6,1 faiz səviyyəsində qeydə alınıb ki, bu da 1991-ci ildən sonrakı dövr ərzində ən aşağı göstəricidir.

AzPolitika.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam