Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Azərbaycanda infrastrukturun inkişafına 30 milyard dollar yönəldilib"

 

“Sosial infrastruktura xərclənən hər 1 dollar 5-20% ÜDM artımına təsir imkanına malikdir”

 

2006-cı ildən 2015-ci ilə qədər Azərbaycanda infrastrukturun inkişafına, xüsusilə də fiziki infrastruktura 30 mlrd. dollar yönəldilib.
 
"Xeberinfo.com":  “APA-Economics”in xəbərinə görə, bunu Bakıda Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı çərçivəsində maliyyə naziri  Samir Şərifov “Asiya üzrə Özəl  İnfrastruktur: Bank Layihələrinin hazırlanması və Özəl Maliyyələşdirmə üzrə maneələrin aradan qaldırılması üçün məhdud təchizat lakin geniş tələbat” mövzusunda keçirilən seminarda deyib.
 
Onun sözlərinə görə, digər inkişafda olan ölkələr kimi, Azərbaycan da sosial infrastrukturun inkişafına investisiya yatırıb: “Sosial infrastruktura xərclənən hər 1 dollar 5-20% ÜDM artımına təsir imkanına malikdir. Təbii ki, maliyyə ehtiyatları məhdudiyyətsiz deyil. PPP modeli isə bunun həlli yollarından biridir. Bu model vasitəsilə sıxıntılar aradan qaldırılmaq lazımdır ki, uzunmüddətli sərmayələri təmin etmək mümkün olsun. Lakin, əsas məsələ ondan ibarətdir ki, özəl investorlar bu sahədə riskə getməkdə nə qədər maraqlıdır? Təbii ki, onlar az riskli layihələrə sərmayələr yatırmaqda maraqlıdırlar. Dövlət isə bu cür investorlara münbit və xüsusi şərait yaratmalıdır ki, onların kapitalını cəlb edə bilsin”.
 
S. Şərifov əlavə edib ki, Azərbaycanda Dövlət Neft Fondunun vasitəsilə ölkə daxilində infrastruktur layihələri həyata keçirilir. Bundan başqa, Azərbaycan İndoneziya, Filippin və digər ölkələrdə yaradılan xüsusi təsisatların təcrübəsini öyrənməkdə və tətbiqində maraqlıdır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam