Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Azərbaycan Premyer Liqasında -yeni qaydalar tətbiq olunacaq

 

AFFA Klublar Komitəsinin sədri Riad Rəfiyev futbolçu və məşqçilərin koronavirus testindən keçirilməsi barədə AFFA-nın tövsiyəsinə münasibət bildirib. 

Yenixeber.org: Rəfiyev açıqlamasında proseduru bilmədiyi üçün nə isə deməyin tez olduğunu bildirib. O, məşq və çempionatların bərpası üçün qərar veriləcəyi təqdirdə, öncədən Peşəkar Futbol Liqası (PFL) və milli assosiasiya ilə danışacaqlarını söyləyib.

Eyni zamanda "Sumqayıt" klubunun prezidenti postunu tutan Rəfiev deyib ki, çempionatın bərpasından sonra mütləq hansısa qaydalar tətbiq olunacaq: "Bu qaydalara bütün klublar riayət etməlidir. AFFA və PFL-lə danışdıqdan sonra daha ətraflı məlumat verə bilərəm".

Qeyd edək ki, AFFA klublara futbolçu və məşqçi heyətinin müvafiq testdən keçirilməsini tövsiyə edib. Azərbaycan Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılıb. PFL daha əvvəl mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb. Amma karantin rejiminin mayn 31-dək uzadılması futbola tətbiq olunan qadağanın qüvvədə qalmasına səbəb olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam