Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Teymur Rəcəbovun rəqibi:"Qalib gəlmək üçün heç bir şans görmədim"

 

Azərbaycan şahmatçısı Teymur Rəcəbovla çinli rəqibi Dinq Liren Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunda dördüncü - sonuncu final görüşündəki heç-heçələrini şərh ediblər.

Yenixeber.org: Rəcəbov görüşün heç-heçə başa çatmasına çalışdığını deyib: “Heç-heçəni elə formada etməyə çalışırdım ki, rəqibin heç bir şansı olmasın. Fikrimcə, yetərincə dəqiq oynadım və partiya necə lazım idisə, elə də bitdi”.

Liren isə heç-heçəni qanunauyğun sonluq adlandırıb: “Bu gün matç boyu qüvvələr tamamilə bərabər idi. Rəqib bütün həmlələri yaxşı dəf etdi. Qalib gəlməyim üçün heç bir şans görmədim. Heç-heçə qanunauyğun sonluqdur. Sabah edə biləcəyim yeganə şey daha yaxşı oynamaqdır”.

Qeyd edək ki, ümumi hesabda (2:2) qalib müəyyənləşmədiyindən, oktyabrın 4-də "tay-breyk" olacaq. Yarışın mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaq. Teymur Rəcəbovla Liren həlledici görüşə vəsiqə qazanmaqla 2020-ci ildə keçiriləcək İddiaçılar Turnirində iştirak hüququ da əldə ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam