Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

AFFA-dan milyon istəyən futbolçu yığmaya gətirilir

 

İspaniyanın “Qranada” klubunda çıxış edən Eddi İsrafilov Azərbaycan yığmasında oynaya bilər.

 

"Xeberinfo.com":  Apasport.az saytının məlumatına görə, millinin yeni baş məşqçisi Robert Prosineçki 22 yaşlı futbolçunu sərəncamında görmək istəyir.

 

Xorvatiyalı çalışdırıcının özü İsrafilovla əlaqə saxlayıb. O, gənc futbolçunu razı salmaq üçün Qranadaya getməyə də hazırdı. Prosineçki Eddinin azərbaycanlı anası ilə də bu məsələni artıq müzakirə edib. 45 yaşlı məşqçi AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində martda Malta ilə keçiriləcək oyuna qədər İsrafilovu yola gətirmək niyyətindədi.

 

Bununla bağlı İspaniya mətbuatına danışan Prosineçkinin köməkçisi Yanko Yankoviç məlumatı təsdiqləyib. O, İsrafilovu Azərbaycan millisinə gətirmək istədiklərini deyib:

“Mümkün olan hər şeyi nəzərdən keçiririk ki, marta qədər heyəti gücləndirək. Bu siyahıda İsrafilovun da adı var. Anasının azərbaycanlı olması bizə kömək edir. Eddinin oyunlarını izləmişik və onun Azərbaycan yığmasına əlavə güc qatacağını düşünürük.

 

Qeyd edək ki, “Mursiya”nın futbolçusu olan İsrafilov “Qranada”da icarə əsasında çıxış edir. O, bir müddət öncə Azərbaycan millisində oynamaq üçün AFFA-dan 1 milyon avro istəmişdi.  

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam