Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bu futbolçu karyerasını Bakıda bitirəcək

 

 

İngiltərənin "Arsenal" klubunun çexiyalı qapıçısı Petr Çex karyerasını mayın 29-da Bakıda bitirəcək.

Yenixeber.org: O, bunu futbol üzrə Avropa Liqasının yarımfinalında "Valensiya"ya (İspaniya) qarşı keçirilən cavab oyunun (4:2) nəticəsini şərh edərkən deyib.

"Mənim üçün finalda kiminlə oynayacağımız önəmli deyil. Həlledici matçlara necə hazırlaşmaq barədə bilik və təcrübəm, oyun təcrübəsi sarıdan çatışmazlığımı kompensasiya etməyə kömək edəcək. Həmişə hazır olmalısan. Bu vacibdir. Dördüncü topu necə vurmağımız xoşuma gəldi. O anda düşündüm: "Biz finaldayıq".

Elə anlar olur ki, sən yaxşı oyundan sonra evə gəlirsən və düşünməyə başlayırsan ki, davam etməyə dəyərmi? Mən bir il daha artıq oynamaqdansa, gücümün tam tükənməyinə iki il qalmış getməyə üstünlük verirəm.

Mən "Arsenal" ilə finala çıxmağı arzu edirdim və bu da oldu.

Cəsarət və soyuqqanlılıq göstərib, finalda daha yaxşı oyun sərgiləmək lazımdır. Mən hər mərhələni sonuncu oyunum kimi keçirmişəm. Şadam ki, sonuncu oyunum final olacaq", - deyə Çex "BT Sport"a müsahibəsində bildirib.

Avropa Liqasının final oyunu mayın 29-da Bakıda keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam