Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Brendimiz dünyada

 

Bakı 2015 Avropa Oyunlarının orijinal yeni brendi dünyanın böyük dizayn vebsaytı tərəfindən tanınıb. 

"Xeberinfo.com":  Məlumata görə, Design Week Avropa Oyunlarının avqust ayında buraxılmış yeni rəsmi brendini bir neçə başqa tanınmış şirkətlə birlikdə 2014-cü ilin ən böyük yeni tərtibatlarından biri adlandırıb.

Brend Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin dizayn komandası tərəfindən Londonda yerləşən məşhur SomeOne agentliyi ilə birlikdə hazırlanıb.


Bakı 2015-in Əməliyyatlar üzrə baş direktoru Cənab Saymon Kleq qeyd edib:“Mən Bakının küçələrinə yaraşıq gətirmiş və dünyada dərhal tanınmış Avropa Oyunlarının yeni tərtibatı üzərində işləmiş hər kəsi təbrik etmək istərdim.

Brendimizin Design Week tərəfindən tanınması böyük nailiyyətdir və Avropa Oyunlarının dünyada populyarlığının daha da artmasına şərait yaradır.”


Bakının təbii gözəlliyindən ruhlanan bu yaraşıqlı yeni obraz idman obyektlərinin, biletlərin, uniformaların üzərində və Avropa Oyunlarının bütün merçendayzinq vasitələrində nümayiş etdiriləcək.


Yeni brendin mərkəzi elementi Azərbaycan folklorunda birliyin rəmzi olan nar ağacıdır. Bu ağacın budaqlarına isə müxtəlif idman növlərinin nəzərə çarpan piktoqramları ilə birlikdə ölkənin tarixi və mədəni simvolları birləşdirilib.

Bakı 2015 Avropa Oyunlarının Kommersiya şöbəsinin direktoru cənab Çarli Viceratna deyib: “Bu rəngarəng brend Avropa Oyunlarının dünyada tanınmasına xidmət edəcək marketinq fəaliyyətimizin mərkəzi hissəsidir.

Biz innovativ və Bakı 2015 Avropa Oyunlarını təmsil edən fəaliyyətimizlə tanındığımız üçün fəxr edirik.”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam