Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Zədələnən Kərim Benzemadan xəbər var

“Real Madrid”in fransalı hücumçusu Kərim Benzema komandasının “Real Betis” ilə qarşılaşdığı oyunun birinci hissəsinin sonunda zədələndiyi üçün bir müddət yaşıl meydandan kənarda qalacaq.

 

Yenixeber.org: Müayinələr zamanı 31 yaşlı hücumçunun sağ əlinin beşinci barmağının sümüyünün sındığı müəyyən edilib.

Klubun həkimləri futbolçunun neçə gün forma geyinə bilməyəcəyini açıqlamayıblar.

K.Benzema həmin matçın 46-cı dəqiqəsində zədələndiyi üçün Kristo Qonzales ilə əvəzlənib. O, cari mövsümdə “Real Madrid”in heyətində Qaret Beyl, Toni Kros və Tibo Kurtuadan sonra zədələnən dördüncü futbolçu olub.

Xatırladaq ki, hücumçu bu mövsüm Madrid təmsilçisinin heyətində 30 oyunda 12 qol vurub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam