Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

AFFA cəzalandırıb

 Futbol üzrə Azərbaycan I Divizionunda II turun "Keşlə-2" - "Sumqayıt-2" matçında insident baş verib

 

Yenixeber.org: Xoşagəlməz olaylar oyunun sonlarına təsadüf edib. 90+5-ci dəqiqədə paytaxt komandasının futbolçusu Ruslan Nəsirli hakimi təhqir edib. Nəticədə o, meydandan kənarlaşdırılıb. AFFA İntizam Komitəsi futbolçuya 4 oyunluq cəza, klubuna 320 manat cərimə kəsib.

Oyun başa çatdıqdan sonra isə “Keşlə”nin idman direktoru Ramiz Məmmədov hakim-inspektorun icazəsi olmadan hakimlər otağına daxil olub və onlara etirazını bildirib. İntizam Komitəsi klubu daha 160 manat cərimələyib. Bu hal yenidən təkrarlanacağı təqdirdə kluba qarşı daha ağır sanksiya tətbiq olunacaq.

Qərara alınıb ki, oyunun hakimi və hakim-inspektoru haqqında müvafiq olaraq Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsi lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırsın.

Bundan başqa "Sumqayıt-2” 5 futbolçusunun sarı vərəqə ilə cəzalanması səbəbindən 80 manat cərimələnib. Klubun daha bir futbolçusu Səbuhi Abdullazadə I Divizionda ilk turun “Şüvəlan”la qarşılaşmasının 36-cı dəqiqəsində kobud oyuna görə birbaşa qırmızı vərəqə alıb. O, 2 oyunluq cəzalanıb, klub 160 manat cərimə olunub.

I Divizionun II turunda “Neftçi-2” ilə matç 66-cı dəqiqəsində isə “Sabah-2”nin məşqçisi Alim Qurbanov qaydaları pozduğu üçün texniki zonadan kənarlaşdırılıb. Bu səbəbdən, məşqçi 1 oyun cəzalanıb, klub 80 manat cərimə olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam