Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Türkiyəli idmançılar:Bakıda Avropa çempionatında azarkeşlər bizi çox dəstəkləyirlər

Türkiyəli idmançılar:

 

Türkiyəli idmançılar Sila Musluk və Neval Kaqnıçı Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatındakı çıxışlarında məmnun qaldıqlarını deyiblər

Yenixeber.org:  Yarışlarla bağlı təəsüratlarını bölüşən idmançılar bildiriblər: "Biz bütün var gücümüzü toplayıb çıxışımız etdik, düşünürük ki, yaxşı alındı".

İdmançılar qeyd ediblər ki, ilk dəfədir Bakıya gəliblər və şəhərə heyran olublar: "Bu, bizim Bakıya ilk səfərimizdir. Şəhər çox gözəldir, sakinlər qonaqpərvərdir, hamı bizi dəstəkləməyə çalışır. Hara gediriksə, harda oluruqsa, hamı bizə yardım etməyə çalışır".

Neval Kaqnıçı əlavə edib: "Bakı həqiqətən gözəl şəhərdir. Daha çox o sevindirir ki, dil baryerimiz yoxdur, hamını başa düşürük və bizi başa düşürlər. Azarkeşlər bizi dəstəkləyir, alqışlayır və bu, bizi çox xoşbəxt edir".

Qeyd edək ki, bu gün Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatının üçüncü gününə start verilib.

Gimnastlar (gənc və böyük) sinxron və fərdi proqramda təsnifat mərhələlərində çıxış edirlər. Avropa və dünya çempionatlarının formatına əsasən fərdi proqramda təsnifat 2 mərhələdən ibarət olduğundan, çempionat çərçivəsində batut gimnastikası üzrə fərdi yarışlarda finaldan öncə, ilk mərhələdə yaxşı nəticə göstərmiş 24 idmançı arasında yarım-final mərhələsi də baş tutacaq.

Azərbaycanı İlya Qrişunin, Ruslan Ağamirov, Veronika Zemlyanaya, Svetlana Makştarova və Selcan Maqsudova təmsil edir.

Turnirin son günü isə hər 4 növ üzrə finallarda (fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batut) medalçıların adları məlum olacaq.

Milli Gimnastika Arenasında keçirilən sayca 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkədən hər 3 növ üzrə 400-dən idmançı mübarizə aparır.

Bu Avropa çempionatının əsas özəlliyi isə odur ki, gənc gimnastlar 2018-ci ildə baş tutacaq Gənclər arasında Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ilin Avropa Oyunlarına lisenziyanı məhz Bakıda əldə edə biləcəklər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam