Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

İrlandiya yığmasının baş məşqçisi:"Azərbaycan millisinə qol vura bilməsəydik, hamımız ağlayacaqdıq"

 

 

"Layiqli qələbə qazandıq. Ola bilsin, qol bir qədər gecikdi. Amma çoxlu şansımız oldu, topa daha çox sahib idik"

 

Yenixeber.org: Bunu İrlandiyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Noel Kinq Azərbaycan yığmasını 1:0 hesabı ilə məğlub etdikləri Avropa çempionatının seçmə qrup matçından sonra deyib. 62 yaşlı mütəxəssis bildirib ki, komandası oyunu ciddi səhvə yol vermədən keçirib: "Biz daha çox rəqib komandanın cərimə meydançası daxilində və onun ətrafında olduq. Sonradan adi hücumlardan birbaşa həmləyə keçdik. İlk yarıda kifayət qədər yaxşı oynamadıq. Sanki oyunçularım bununla barışmışdılar. 8 gün birgə olduğumuz müddətdə ən pis dövrümüz məhz bu 45 dəqiqəlik bölüm idi. Əsl həqiqətdə isə bu, maksimuma can atmaq istəyimizlə uzlaşmırdı".

Təcrübəli baş məşqçinin fikrincə, komandası qol vura bilməsəydi, hamı ağlayacaqdı: "Bu da ruh yüksəkliyindən irəli gələn psixoloji məqamdır. İndi bu uşaqlardan kiməsə Almaniyanı uda bilməyəcəklərini desəniz, onlar sizə çox sərt baxarlar".

Qeyd edək ki, İrlandiya Azərbaycan yığmasını 90+9-cu dəqiqədə Şon Donnelanın vurduğu qolla məğlubiyyətə uğradıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam