Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Güləş qaydalarına bəzi dəyişikliklər edilib

 

 

Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin iclasında güləş qaydalarına bəzi dəyişikliklər təsdiqlənib. “Report” xəbər verir ki, yeniliklər aprelin 2-dən qüvvəyə minəcək

 

Yenixeber.org: Dəyişikliklərə əsasən, yarış vaxtı döşək rəhbərinin çağırışı ilə hakimlərin məsləhətləşməsi zamanı videotəkrara baxılmayacaq. Videotəkrara yalnız məşqçi tərəfindən etiraz təqdirində ("challenge") müraciət olunacaq.

Yunan-Roma güləşində passiv xəbərdarlığı vermək üçün gözlənilən vaxt müddəti (2 dəqiqə 30 saniyə) ləğv edilib, passivliyə görə parter tətbiq edilməsi isə hər hissədə 1 dəfə olmaq şərtilə məhdudlaşdırılıb.

Neqativ güləş adlandırılan ("negative wrestling") və qaydalara zidd hərəkətlərə görə sərbəst güləşdə xəbərdarlıq + rəqibə 1 xal, yunan-Roma güləşində xəbərdarlıq + rəqibə 2 xal verilməklə qiymətləndiriləcək.

Güləşmədən qaçmağa ("fleeing the hold") görə sərbəst güləşdə xəbərdarlıq + rəqibə 1 xal, yunan-Roma güləşində xəbərdarlıq + rəqibə 2 xal qazandıracaq.

Xalçadan qaçma ("fleeing the mat") da güləşmədən qaçma kimi dəyərləndiriləcək, ancaq təhlükəli vəziyyətdə xalçadan qaçmağa görə hər iki güləş növü üzrə xəbərdarlıq + rəqibə 2 xal veriləcək.

Yunan-Roma güləşində hücum edən güləşçi ayaqdan istifadə edərsə, əvvəlcə şifahi xəbərdarlıq ediləcək, ikinci dəfə isə xəbərdarlıq + rəqibə 1 xal verilməklə qiymətləndiriləcək. Həmçinin müdafiə olunan güləşçi ayaqdan istifadə edərsə, əvvəlcə xəbərdarlıq + rəqibə 2 xal verilməklə qiymətləndiriləcək, ikinci dəfə isə yarışdan kənarlaşdırılacaq və qələbə digər idmançıya veriləcək.

Qəsdən kobud qayda pozuntusuna ("brutality") yol verən güləşçi qırmızı kartla cəzalandırılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam