Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sumqayıtı dünyada tanıdan polislər- FOTO

Sumqayıtı dünyada tanıdan polislər

 

 

Daxili İşlər Nazirliyi (DİN) müxtəlif idman növlərində qazandıqları uğurları ilə Azərbaycanı dünyada tanıdan polislərin siyahısını açıqlayıb


Yenixeber.org: Bu siyahıda Sumqayıt Polis idarəsinin əməkdaşlarınınadlarına da rast gəlinir.

Sumqayıt ŞPİ-nin əməkdaşı, polis baş leytenantı Vaqif Ağazadə cüdo üzrə ikiqat respublika çempionudur. DİN-də keçirilən yarışlarda da bir neçə dəfə fərqlənərək qızıl medal qazanıb. Beynəlxalq turnirlərdə də fəxri kürsünün ilk pilləsinə qalxmağı bacarıb.

Azərbaycan Respublikasının əməkdar məşqçisi Tural Əliyev Sumqayıt ŞPİ-də xidmət edir, polis serjantıdır. Məşğul olduğu pəhləvan güləşi üzrə 3 dəfə Avropa çempionu, bir o qədər də Dünya kubokunun sahibidir. Təmsilçimiz ardıcıl olaraq 3 dəfə İslam Oyunlarının gümüş medalçısıdır. 2009, 2010 və 2011-ci illərdə dünyanın ən yaxşı pəhləvan güləşçisi seçilib. Beynəlxalq dərəcəli hakim, idman ustasıdır.

Sumqayıt ŞPİ-nin daha bir əməkdaşı Vüsal Quliyev də idmanın cüdo növü ilə məğul olur. O, həm yeniyetmələr həm də böyüklər arasında Azərbaycan çempionu olub. Beynəlxalq turnirlərdə və zona yarışlarında da qalib gəlib. Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirlərdə qızıl və gümüş medallar qazanıb. DİN Daxili Qoşunlarda xidmətdə olarkən Qoşunların birinciliyində müxtəlif əyarlı mükafatlara sahib olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam