Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycan cüdoçusu Universiadada qızıl medal qazandı

Azərbaycan cüdoçusu Universiadada qızıl medal qazandı

 

Yenixeber.org: Azərbaycan cüdoçusu Zelim Kotsoyev Tayvanın paytaxtı Taypeydə start götürən XXIX Yay Universiadasında qızıl medal qazanıb.

"Report"un məlumatına görə, 100 kq çəki dərəcəsində çıxış edən 19 yaşlı idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayıb.

O, ardıcıl olaraq, almaniyalı Filipp Qalandi, latviyalı Vadim Lando, bosniya və herseqovinalı Hadis Ramiç və rusiyalı Niyaz Bilalovu üstələdikdən sonra finala yüksəlib. Həlledici qarşılaşmada isə Kotsoyev yaponiyalı Kentaro İydanı üstələyərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Universiadada Azərbaycanı taekvondo (12), cüdo (3), atletika (2) və ağırlıqqaldırma (2) növlərində üst-üstə 19 idmançı təmsil edir. Ötən gün startı verilmiş kompleks yarışa avqustun 30-da yekun vurulacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam