Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Azərbaycan gimnastı Dünya Kubokunda sərbəst hərəkətlərdə finala çıxıb

Azərbaycan gimnastı Dünya Kubokunda sərbəst hərəkətlərdə finala çıxıb

 

Azərbaycan gimnastı Yuliya İnşina Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda sərbəst hərəkətlərdə finala çıxıb

 

Yenixeber.org: Təsnifatın yekunundan Y.İnşina 12,533 xalla dördüncü yeri tutub.

Bu növdə finala, həmçinin Ana Derek (Xorvatiya), Göksu Uctaş Şanlı və Demet Mutlu (Türkiyə), İoanna Ksuloqi və Evelina Maqia (Yunanıstan), Tyaşa Kiseleff (Sloveniya) və Yana Fyodorova (Ukrayna) vəsiqə qazanıb.

Digər Azərbaycan gimnastı Marina Nekrasova bu növdə yarışa çıxmayıb.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, idmançı belindəki ağrılara görə bu gün çıxış etməməyə qərar verib. O, dayaqla tullanmada və müxtəlif hündürlüklü qollarla hərəkətlərdə finala çıxmışdı.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kuboku yarışının ikinci gününə start verilib.

Birinci günün nəticələrinə əsasən qadın idman gimnastlarımız iki alətdə finalları təmin ediblər. Dayaqlı tullanmada Marina Nekrasova, Yuliya İnşina, paralel qollarda isə M.Nekrasova və digər gimnastımız Mariya Smirnova artıq medallar uğrunda mübarizə aparırlar. Turnirin ikinci günü qızlarımız sərbəst hərəkətlər və gimnastika tirində təsnifat yarışlarına qatılıblar.

Kişi təmsilçilərimiz isə təəssüflər olsun ki, paralel qollar, sərbəst hərəkətlər və halqalarda finala vəsiqə qazana bilməyiblər. Onlar bu gün daha 3 alətdə (dayaqlı tullanma, dəstəli at və turnik) öz güclərini sınayırlar.

Bakıda 3-cü ildir ki təşkil olunan bu turnirə 25 ölkədən 102 idmançı qatılıb.

Dünya Kuboku martın 18-dək davam edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam